Redaktor
Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin may ayında pul-kredit siyasətində yumşaldılma dövrünü dayandırıb və uçot dərəcəsinin əlavə olaraq azaldılması gözlənilmir.
Valyuta.Az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqinin təsdiqlənməsi haqqında hesabatında bildirilir.
Agentliyin qiymətləndirmələrinə görə, AMB xarici bazarlardakı qeyri-müəyyənlik, ölkə daxilində dövlət tərəfindən tənzimlənən malların qiymətlərinin artması, daxili tələbatla bağlı vəziyyət kimi amilləri nəzərə alaraq uçot dərəcəsini hazırkı səviyyədə (7,25 %) saxlayacaq.
“Fitch”in analitikləri Azərbaycanda inflyasiyanın bir qədər sürətləndiyini qeyd edirlər. "İnflyasiya dekabrda illik 4,9 %-ə yüksəlib, lakin Mərkəzi Bankın hədəf diapazonu daxilində (4 %±2 %) qalır. 2025-ci ildə orta illik inflyasiya 2024-cü ildə gözlənilən 2,1 %-lə müqayisədə 5,3 %-ə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr üçün proqnozlaşdırılan 3 %-dən yüksəkdir", - agentlik bildirir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı son beş iclasında uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul edib. Niderlandın ən böyük bank qrupu olan “ING Group” hesab edir ki, AMB 2025-ci ildə uçot dərəcəsini 7,25 % səviyyəsində saxlayacaq, 2026-cı ildə isə 7,75 %-ə yüksəldə bilər.
Mərkəzi Bankın uçot dərəcəsi məsələsinə həsr olunmuş növbəti iclası 2025-ci il yanvarın 22-nə planlaşdırılır.
İqtisadiyyat Nazirliyi Azərbaycanda orta illik inflyasiyanı 4,6 % səviyyəsində proqnozlaşdırır. AMB cari il üçün illik inflyasiyanı 5,8 % səviyyəsində gözləyir. 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.
© Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025