BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
63408

Beynəlxalq Valyuta Fondu ("IMF") "Dünya iqtisadi mənzərəsi" hesabatını yeniləyib.  

Valyuta.Az xəbər verir ki, "Qlobal artım: fərqli və qeyri-müəyyən" başlığı altında yayımlanan hesabatda, qlobal iqtisadiyyatın sabitliyini qorusa da, bu sabitliyin ölkələr arasında böyük fərqliliklər göstərdiyi qeyd olunub.  

Hesabatda ötən il 3,2% artım əldə etdiyi təxmin edilən qlobal iqtisadiyyatın, 2025 və 2026-cı illərdə 3,3% artım göstərəcəyi və bu göstəricinin 3,7%-lik tarixi orta göstəricidən aşağı olduğu vurğulanıb.  

"IMF", 2024-cü ilin oktyabr ayında verdiyi proqnozlarda qlobal iqtisadiyyatın bu il 3,2%, gələn il isə 3,3% artacağını nəzərdə tutmuşdu.  

Hesabatda qlobal inflyasiyanın 2025-ci ildə 4,2%-ə, 2026-cı ildə isə 3,5%-ə enəcəyinin gözlənildiyi bildirilib. İnkişaf etmiş ölkələrdə inflyasiyanın hədəf səviyyəyə, inkişaf etməkdə olan ölkələrə nisbətən daha tez çatacağı proqnozlaşdırılıb.  

Türkiyə iqtisadiyyatının bu il 2,6% artması gözlənilir

Hesabatda ölkələrin iqtisadi artım proqnozlarına da yer verilib. Türkiyə iqtisadiyyatının bu il 2,6%, gələn il isə 3,2% artacağı gözlənilir.  

"IMF", 2024-cü ilin oktyabr proqnozlarında Türkiyə iqtisadiyyatının 2025-ci ildə 2,7%, 2026-cı ildə isə 3,2% artacağını nəzərdə tutmuşdu.  

ABŞ iqtisadiyyatı üzrə proqnozlar artırıldı, Avrozonaya dair isə azaldıldı

ABŞ iqtisadiyyatı üçün 2025-ci il artım proqnozu 2,2%-dən 2,7%-ə yüksəldilib. 2026-cı il üçün isə artım proqnozu 2%-dən 2,1%-ə artırılıb.  

Avrozonaya dair iqtisadi artım proqnozunun bu il üçün 1,2%-dən 1%-ə endirildiyi, 2026-cı il üçün isə 1,5%-dən 1,4%-ə düşürüldüyü qeyd olunub.  

Hesabatda Almaniyanın bu il üçün artım proqnozunun 0,8%-dən 0,3%-ə, gələn il üçün isə 1,4%-dən 1,1%-ə endirildiyi bildirilib. Fransanın bu il üçün artım proqnozu 1,1%-dən 0,8%-ə, gələn il üçün isə 1,3%-dən 1,1%-ə endirilib. İtaliya iqtisadiyyatı üçün artım proqnozu bu il üçün 0,8%-dən 0,7%-ə endirilsə də, gələn il üçün 0,7%-dən 0,9%-ə artırılıb. İspaniya iqtisadiyyatının bu il üçün artım proqnozu 2,1%-dən 2,3%-ə yüksəldilib, gələn il üçün isə 1,8% səviyyəsində saxlanılıb.  

"IMF", Böyük Britaniya iqtisadiyyatının bu il üçün artım proqnozunu 1,5%-dən 1,6%-ə yüksəldib, gələn il üçün isə 1,5% səviyyəsində sabit saxlayıb.  

Yaponiyanın iqtisadi artım proqnozunun isə bu il üçün 1,1%, gələn il üçün isə 0,8% səviyyəsində saxlandığı bildirilib.  

Çin iqtisadiyyatı üzrə proqnozlar artırılıb

Yüksələn bazarlar və inkişaf etməkdə olan ölkələr üzrə qrupda Çin iqtisadiyyatının bu il üçün artım proqnozunun 4,5%-dən 4,6%-ə, gələn il üçün isə 4,1%-dən 4,5%-ə yüksəldildiyi qeyd olunub.  

Hindistan iqtisadiyyatının bu il və gələn il üçün artım proqnozunun 6,5% səviyyəsində sabit saxlandığı bildirilib.  

Rusiya iqtisadiyyatı üçün artım proqnozunun isə bu il üçün 1,3%-dən 1,4%-ə artırıldığı, gələn il üçün isə 1,2% səviyyəsində saxlanıldığı vurğulanıb.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"YouTube Shorts"a pul qazanmağı asanlaşdıran yenilik gəldi

"Microsoft"da növbəti ixtisar dalğası: Minlərlə insan işsiz qala bilər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Lokalizasiya: hədəf auditoriyanı tanımadan uğur mümkündürmü?

Neftimizin qiyməti 82 dolları keçdi

Azərbaycan bu ölkədən 1 ton bilyard əşyasını 5 892 manata alıb

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Rubl və avro bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin