Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

Redaktor

18.01.2025 11:14
551

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra hakimiyyəti və Polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçiriliblər.

Valyuta.Az-ın məlumatına görə, qeyd olunan ünvanında fiziki şəxs Rövşən Vəli oğlu Cümşüdova məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib.

Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməmiş mənşəyi məlum olmayan 100 kiloqram istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan sakinlər qəssabxanada kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı müvafiq qurumlara müraciət etmişdilər.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? - SİYAHI

10.11.2025

Məzənnə

Yüklənir...