Sosial
21.11.2022 / 13:53
Partiyanın bir üzvü nə qədər üzvlük haqqı ödəyə bilər? - Rəqəm dəyişir
25355
Azərbaycanda qeydiyyata alınmış siyasi partiyanın bir üzvünün il ərzində quruma ödədiyi üzvlük haqlarının yuxarı həddi müəyyən edilir.
Valyuta.az "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş redaksiyasında bildirilir.
Qeyd olunur ki, bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz.
Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
Xatırladaq ki, qanun layihəsinin bundan əvvəlki versiyasında müvafiq məbləğ 10 000 manat nəzərdə tutulurdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay