Azərbaycanda ölüm sayı kəskin artıb (SƏBƏB)
"Azərbaycanda əhalinin təbii artımı və doğulanların sayı kəskin şəkildə azalır”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O, ölənlərin sayının sürətlə artdığını deyib: "9900 nəfər koronavirusdan dünyasını dəyişib, 2020-ci ildə isə 3 min şəhid vermişik, statistikaya bu da salınıb. Son iki ili götürəndə əvvəlki iki illə müqayisədə 26 min nəfərdən çox ölənlərin sayı artıb. Ölüm sayının artması yalnız sosial vəziyyətlə bağlıdır. Ölkədə sosial vəziyyət kəskin pisləşib, işsizlərin, kasıb və yoxsulların sayı artıb. Əgər ölkədə acından ölənlərin statistikası aparılsaydı nəinki 26 min, hətta ondan da çox olardı”.
Ekspertin sözlərinə görə, mənzillərdə kimsəsiz ölənlərin sayı bu statistikaya salınmayıb: "Mətbuatdan məlumat alırıq ki, hansısa mənzildə adam ölü tapılıb. Çoxlu sayda belə məlumatlar var, amma bu kimi ölümlərin statistikası aparılmır. Kəndlərdə ümumiyyətlə, belə ölümlərlə bağlı məlumat verilmir”.
Vahid Məhərrəmov həyat vəziyyətinin ağır olması ilə bağlı ailələrin dünyaya uşaq gətirmək istəmədiyini vurğulayıb:"Dünyaya uşaq gətirmək böyük xərc tələb edir. Bir uşağın Bakı şəhəridnə uşaq bağcasında saxlanılması üçün 500-600 manat tələb olunur. Gəlir yoxdursa ana-ata neyləməlidir? Ona görə də ailələr uşaq istəmir”.
Ekspert hesab edir ki, ölüm sayının kəskin artmasına səbəb işsizlikdir:"Adamlar xəstələnirlər, dərman almağa imkan olmur, yaxşı qidalana bilmir. İnsanlar ya acından ölür, ya da xəstəlikdən”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay