“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub - Cədvəl

Redaktor

06.01.2025 10:46
5,814

“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub - Cədvəl

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti ötən il ərzində 8 müxtəlif tenderin qalibi olub.

Valyuta.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Şirkətin qalibi olduğu ən iri həcmli tender ötən ilin iyul ayının 27-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) keçirdiyi tender olub. Daşınmaz əmlakların sığortalanması (daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) ilə bağlı olan tenderin nəticəsi olaraq “Paşa Sığorta” ilə İKZF arasında 4 milyon 804 min 578 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu ən kiçik həcmli tender isə ötən il dekabrın 12-də “Qarabağ Dirçəliş Fondu”nun balansında olan nəqliyyat vasitəsinin “Kasko” sığortası xidmətinin satın alınması ilə bağlı olan tender olub. Fond ilə ASC arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 636 manat təşkil edib.

Ümumi olaraq ötən il ərzində “Paşa Sığorta” ASC-nin qalibi olduğu 8 tender nəticəsində qarşı tərəflərlə cəmi məbləği 8 milyon 873 min 642 manat olan satınalma müqavilələri bağlanıb.

“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu tenderlər və imzalanan müqavilənin məbləğləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Satınalan təşkilatın adı Satınalma predmeti İmzalanmış müqavilənin məbləği (manatla)
Azərbaycan Mərkəzi Bankı Əsas vəsaitlərin sığortalanması xidməti 209 910
Qarabağ Dirçəliş Fondu Fondun balansında olan nəqliyyat vasitəsinin “Kasko” sığortası xidmətinin satın alınması 1 636
Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Agentliyin balansında olan avtonəqliyyat vasitələrinin könüllü ("Kasko") sığortalanması xidməti 7 332
Azərbaycan Mərkəzi Bankı Bankın əməkdaşlarının tibbi sığortalanması xidmətinin satın alınması 818 096
İpoteka və Kredit Zəmanət Fondu İnzibati binanın və avadanlıqların sığortalanması 14 590
"Azərkosmos" “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması 1 581 000
İpoteka və Kredit Zəmanət Fondu Daşınmaz əmlakların sığortalanması 4 804 578
"Azərkosmos" “Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması 1 436 500
Cəmi   8 873 642

Əvəz Həsənov

“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub - Cədvəl

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...