Azərbaycanda tibb məntəqələri modul tipli tibb məntəqələri ilə əvəz ediləcək?
Hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinin fiziki infrastrukturunun yaxşılaşdırılmasına ehtiyac var.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
"Dövlət səhiyyə müəssisələrinin yeni binalarının tikilməsi və əsaslı təmiri Səhiyyə Nazirliyinin aidiyyəti qurumu tərəfindən icra edilir.
TƏBİB tabeli müəssisələr, publik hüquqi şəxslər cari təmir, bəzən də əsaslı təmir işləri icra edə bilərlər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hazırda ilkin səhiyyə xidmətlərinin (İSX) optimallaşdırılması layihəsini həyata keçirir. Layihə çərçivəsində ilkin səhiyyə sektorunun strukturunun, infrastrukturunun və kadr potensialının dəyərləndirilməsi tərəfimizdən aparılıb və ilkin mərhələdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilkin səhiyyə xidmətinin pilot olaraq tətbiqinə başlanılıb.
Burada məqsəd ilkin səhiyyə sahəsində tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının inkişaf etdirilməsidir. Sözügedən layihə növbəti mərhələlərdə Bakı şəhəri və ölkənin digər ərazilərində də tətbiq ediləcək.
Əlavə olaraq bildirək ki, yaxın gələcəkdə regionlarda binası yararsız vəziyyətdə olan 400 tibb məntəqəsinin əvəzinə modul tipli tibb məntəqələrinin quraşdırılması planlaşdırılır", - deyə əlavə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay