BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70578

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilmiş, daim yanımızda olan telefonun ixtirası tarixin ən böyük icadı hesab oluna bilər.

Müasir ünsiyyəti kökündən dəyişən bu inqilabi kəşf texnologiyanın inkişafında böyük dönüş nöqtəsi oldu. 

Bəs telefonu kim ixtira edib? İlk dəfə harada istifadə olunub və necə işləyib? 

Valyuta.az telefonun ixtirasına dair maraqlı detalları təqdim edir:

Hazırda əlimizdə tutduğumuz smartfonlar həyatımızın demək olar ki, bir hissəsinə çevrilib. Səhər oyandığımız andan gecə yatana qədər əlimizdən düşməyən bu cihazlar yalnız ünsiyyət qurmağımıza deyil, həm də məlumata çatmağımıza, işlərimizi idarə etməyimizə və dünya ilə əlaqədə qalmağımıza imkan yaradır. Bu qədər inkişaf etmiş texnologiyanın əsası isə 19-cu əsrin ortalarında sadə bir ideya ilə qoyulmuşdu: səsi bir yerdən digər yerə kabel vasitəsilə ötürmək.

Bəs bu inqilabın arxasındakı şəxs kim idi?

Tarixə telefonun mucidi kimi düşən şəxs Aleksandr Qraham Bell olub. Bell 1876-cı ildə telefonun patentini alaraq bu inqilabi rabitə vasitəsini dünyaya təqdim etdi. Əslində, Bell eşitmə qüsurlu şəxslərə kömək edə biləcək bir cihaz üzərində işləyirdi. Bu işlərində ona yardım edən isə Tomas Vatson idi.

Ancaq bu mövzuda adı çəkilən daha bir mühüm şəxs də italyan ixtiraçı Antonio Meuccidə var. Meucci Belldən təxminən 5 il əvvəl – 1871-ci ildə səs ötürülməsinə əsaslanan bir cihaz hazırlamış və bunun üçün patent müraciəti etmişdi. Təəssüf ki, maddi imkansızlıqlar səbəbilə bu müraciətini yalnız 1874-cü ilə qədər davam etdirə bilmişdi. Bu səbəbdən rəsmi olaraq kəşfin sahibi Bell sayılır.

Telefonun ixtirası necə baş verdi?

Bell Boston Universitetində apardığı tədqiqatlar zamanı səsi mexaniki olaraq ötürə bilən bir sistem üzərində çalışırdı. Bu işlər zamanı bir gün Vatson-dan kömək istəyərkən söylədiyi cümlə tarixə düşdü. Vatson başqa otaqda olarkən Bell-in dediyi sözlər cihaz vasitəsilə ötürüldü və Vatson bunu eşitdi. Bu uğurlu sınaq telefonun yaranmasının əsasını qoydu. Bell-in tarixə keçən ilk sözləri belə idi: "Cənab Vatson, bura gəlin, sizi görmək istəyirəm."

Bu uğurlu sınaqdan sonra Bell 7 mart 1876-cı ildə telefonun patentini aldı və cihazını ilk dəfə Boston şəhərində keçirilən bir sərgidə ictimaiyyətə təqdim etdi. Bu təqdimat böyük əks-səda doğurdu və qısa müddətdə iş dünyasında maraqla qarşılandı. Bell bundan sonra öz telefon şirkətini quraraq istehsala başladı.

İlk telefon danışığı harada baş verib?

Tarixdə qeydə alınmış ilk telefon danışığı 1876-cı il oktyabrın 9-da Aleksandr Qraham Bell və Tomas Vatson arasında baş tutub. Bu danışıq Boston şəhərində iki nöqtə arasında çəkilmiş 3 kilometrlik kabel vasitəsilə həyata keçirilib.

İlk uzaq məsafəli telefon danışığı isə yenə eyni şəxslər arasında 25 yanvar 1915-ci ildə, San-Fransisko ilə Nyu-York arasında – 5 500 kilometrlik bir xətt üzərindən baş tutub.

“Alo” sözünün mənşəyi haradan gəlir?

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz “alo” sözünün mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Ən məşhur iddiaya görə, Bell sevgilisi Alessondra Lolita Osvaldo üçün evinə telefon çəkdirmişdi. “Alo” sözünün onun adının baş hərflərindən yaranaraq formalaşdığı güman edilir.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin