
ChatGPT-nin yaradıcısı süni intellektin bütün həyatımızı yadda saxlamasını istəyir
"OpenAI" şirkətinin baş direktoru Sem Altman ChatGPT-nin gələcəyini tam fərdi süni intellekt köməkçisi kimi görür - elə bir köməkçi ki, istifadəçinin həyatının hər bir detalını yadda saxlasın.
Valyuta.az bu barədə "TechCrunch"a istinadən xəbər verir.
Altmanın ideal təsəvvürünə görə, bu, trilyonlarla tokenlik kontekstə malik çox kiçik düşüncə modelidir, içində sizin bütün həyatınız yüklənib.
Bu model gündəlik həyatı - bütün yazışmaları, oxunmuş kitabları, məktubları, baxılan veb-səhifələri və qoşulmuş xarici mənbələri təhlil edə biləcək. Yeni həyat hadisələri isə daima modelin kontekstinə əlavə olunacaq. Altman qeyd edib ki, bu metod hal-hazırda bəzi şirkətlərin öz korporativ məlumatlarını saxlama tərzinə bənzəyir.
Altmandan gənclərin ChatGPT-dən istifadə üsulları barədə soruşduqda, o bildirib ki, tələbələr artıq neyroşəbəkəni əməliyyat sistemi kimi işlədərək faylları yükləyir, məlumat mənbələrini qoşur və bu məlumatlarla “mürəkkəb sorğular” həyata keçirirlər.
"Çoxlu gənclər, əslində, həyatla bağlı qərarları ChatGPT-yə müraciət etmədən qəbul etmirlər", deyə Altman müşahidələrini bölüşüb.
Onun sözlərinə görə, nəsillər arasında fərq var: yaşlı istifadəçilər ChatGPT-ni "Google" əvəzi kimi görürlərsə, 20-30 yaşlılar onu rəqəmsal köməkçi kimi qəbul edirlər.
Bu yanaşmanın imkanları təsir edicidir. Nəzəri olaraq, belə bir süni intellekt avtomobilinizin texniki baxış tarixini özü təyin edə, toy səfərinizi planlaya və illərdir oxuduğunuz kitab seriyasının növbəti cildi üçün əvvəlcədən sifariş yarada bilər. Lakin sual yaranır: bir kommersiya şirkətinə həyatınızın hər detalını etibar etmək doğrudurmu?
Böyük İT şirkətlərinin tarixçəsi onların davranışlarının hər zaman qüsursuz olmadığını göstərir. Məsələn, "Google" yaxın zamanda ABŞ-da antiinhisar məhkəməsini uduzub. Üstəlik, ən qabaqcıl süni intellekt modelləri belə zaman-zaman "halüsinasiyalar göstərir.
Bundan əlavə, OpenAI yaxın zamanda öz sosial şəbəkəsini istifadəyə verməyə hazırlaşır. Şirkətin belə bir şəbəkəyə ehtiyacının əsas səbəblərindən biri də - "Twitter" və "Meta" kimi platformalarda artıq mövcud olan və modellərin təlimi üçün istifadə edilən aktual və canlı istifadəçi məlumatlarıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay