İmicin gücü - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

14.05.2025 08:30
166

İmicin gücü - SƏHƏR OXUSU

Güclü və hər kəs tərəfindən görülən bir imiciniz yoxdursa, bu, peşəkar və şəxsi həyatınızdakı hər bir mərhələ üçün mənfi nəticələr doğuracaq. Şəxsi imiciniz bu gün işinizi böyütmək, daha yaxşı iş tapmaq, sosial mediada diqqət çəkmək, karyera yolunda irəliləmək və ya keyfiyyətli yeni insanlarla tanış olmaq kimi hər kəs üçün zəruri bir məsələdir. 

Şəxsi imic əsasən, bir insanın özünü və karyera vizyonunu bir marka olaraq təqdim etmə bacarığının ölçüsüdür. Eyni zamanda, bir şəxsin özü haqqında başqalarının gözündə davamlı və diqqət çəkən bir təsir və ya imic yarada bilmə prosesidir. Hər bir insan, fərqində olsun və ya olmasın, özünə məxsus şəxsi bir imicə malikdir. Lakin burada əsas arzu olunan şey güclü, cəlbedici və görünən bir şəxsi marka imicinə sahib olmaqdır. Peşəkar və şəxsi həyatda yerinə yetirilən fəaliyyətlər və sahib olunan maraq sahələrinin ortaq nöqtələrini ortaya qoymaqdır.

Valyuta.az güclü şəxsi imicə sahib olmağın sizə populyarlıq qazandıracaq və uğur gətirəcək 8 səbəbini təqdim edir: 

Fürsətləri ayağınıza gətirir 

Cəlbedici bir şəxsi imicə sahib olsanız müştərilər, investorlar, media hətta şirkətlər belə sizi tapacaq və sizə müraciət etməyə çalışacaqlar. Məsələn, media sahəsində yaxşı bir marka imiciniz varsa, bir çox sosial media platforması sizin belə bilmədiyiniz bir çox fərqli iş təklifi edəcək. 

Sosial şəbəkələrdə çoxlu dostunuz olacaq

Sizi önə çıxaran şəxsi imiciniz olduqda, insanlara maraqlı gələcəksiniz və sizinlə tanış olmaq, əlaqə qurmaq istəyəcəklər. Məsələn, imiciniz kifayət qədər güclü brendə çevrilibsə, hər gün yüzlərlə sosial şəbəkə vasitəsi ilə əlaqə qura bilərsiniz. İnsanlar bu tip onlayn platformalarda profilinizi baxacaq, sizi izləyəcək və haqqınızda daha çox şey öyrənmək üçün həvəsli olacaqlar. 

Birbaşa insan şəbəkəniz güclənəcəkdir 

Məsələn, işinizlə əlaqəli bir tədbirdə ikən, sahib olduğunuz güclü şəxsi imicinizin təsirini hiss edəcəksiniz. İnsanlar sizinlə danışmaq istəyəcək, hətta sizə ortaq iş fikirləri ilə gələcəklər. Bu sayədə siz də sizinlə əlaqə qurmağa çalışanlara həm peşəkar, həm də şəxsi həyatınızdakı şəxsi markanızı önə çıxaran xüsusiyyətlərinizi daha yaxşı şəkildə göstərmək fürsəti tapacaqsınız. 

İşinizi qurmanıza kömək edəcək

Fəaliyyət sahəniz bazarda güclü bir mövqedə olmasa belə, işinizi qurmağı asanlaşdıran əsas şey sahib olduğunuz şəxsi imiciniz olacaqdır. Unutmayın, müştərilər və investorlar, Branson, İlon Musk, Mark Zukerberq, Bil Qeyts kimi şəxsi imici şirkətinin imicindən güclü olan bir liderə sahib olan hər hansı bir şirkətə hər zaman daha çox maraq göstərəcəkdir.

 Tez-tez işsiz qalmazsınız

Bir araşdırmaya görə, menecerlərin 84%-i işə qəbulda uyğun şəxs seçimini sosial media üzərindən edir. 96%-ı “Linkedi”n istifadə edərkən, 53%-i isə bu məsələdə “Twitter”dən faydalanır. Bir çox şirkət iş elanlarını əvvəlcə “Twitter" üzərindən yayımlayır. Lakin ən maraqlısı, menecerlərin 66%-ının “Facebook"u bir karyera platforması olaraq istifadə etməsidir. Belə ki, bu şəxslər işə alacaqları potensial şəxslər haqqında daha çox və şəxsi məlumatlar əldə etmək, beləliklə onların şirkət mədəniyyətinə uyğun olub-olmadığını dərindən anlamaq istəyirlər. Bu, şübhəsiz ən yaxşı işçi namizədlərini seçməyin ən məntiqi yollarından biridir. 

Yeni dostlar qazanacaqsınız 

Güclü bir şəxsi imiciniz sizə yalnız iş həyatınızda uğur qazandırmayacaq. Eyni zamanda, maraqlı bir imiciniz olduqda və insanlar sizi fərq etdiklərində, şəxsi əlaqələr qurma mövzusunda daha həvəsli olacaqlar. Bəlkə də sizin bir bloqda yazdığınız yazını ya da sosial media paylaşımlarınızı oxuyan insanlar sizi maraqla izləyəcək və şəxsi olaraq tanış olmaq istəyərlər. Bu şəxslərin çoxu ilə zaman keçdikcə yaxın dostlara belə çevrilə bilərsiniz. Beləliklə, sosial çevrəniz də güclənəcəkdir. 

Güclü şəxsi imiciniz sizi təsadüfi uğurlara apara bilər

Bir yerdə güclü şəxsi imicinizlə tanındıqda, qarşınıza tez-tez gözəl şeylər çıxacaq. Bu şeylər sonra heç gözləmədiyiniz başqa gözəl hadisələri də həyatınıza gətirə bilər. Məsələn, “Facebook” hesabınızı izləyən və sizə yaxınlaşan bir şəxs sonradan işlərinizdə sizə ən böyük dəstəyi verəcək uğurlu bir iş ortağına çevrilə bilər.

 Özünə inamınızı artıracaq 

Şəxsi xüsusiyyətlərinizi inkişaf etdirmək, eyni zamanda sizə özəl şəxsi xüsusiyyətlərinizi kəşf etməyə də kömək edəcəkdir. Başqa sözlə, belə bir proses, bənzəri olmayan, unikal bir imicinizin yaranmasına səbəb olacaq. Özünüzü tapdığınızda və ətrafdakılarn dediklərini müsbət şəkildə qəbul etməyə başladığınəzda, özünüzə olan inamınız da güclü şəkildə artacaq 

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...