BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70154

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 80 il ötür.

Azərbaycan xalqının II Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Bu il aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

Qeyd edək ki, II Dünya müharibəsi nəticəsində 60 milyona yaxın insan həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin