Müsahibədə seçilmək üçün 5 üsul - Qəbul şansını artırır

Redaktor

07.05.2025 23:12
338

Müsahibədə seçilmək üçün 5 üsul - Qəbul şansını artırır

İş müsahibəsində həvəs və inam nümayiş etdirmək bəzən vakansiyanı qazanmaq üçün həlledici amil ola bilər. Təxminən 47% işəgötürənlər namizədin işə olan marağını ən vacib meyar kimi qiymətləndirir. Belə namizədlər komanda ilə daha yaxşı uyğunlaşır, uzunmüddətli qalır və məhsuldar fəaliyyət göstərir.

Valyuta.az müsahibə zamanı işə olan marağınızı effektiv şəkildə ifadə etməyə kömək edəcək 5 üsulu təqdim edir:

Müsahibəyə erkən gedin

Müsahibəyə 10-15 dəqiqə əvvəl gəlmək, həm görüşə hörmət göstərmək, həm də özünüzü sakitləşdirərək hazırlıqlı və inamlı görünmək üçün vacibdir. Əgər görüş fiziki məkanda keçirilirsə, bu, həmçinin vaxtında yerləşmək, qeyd etdiyiniz qeydləri nəzərdən keçirmək üçün imkan yaradır. Onlayn müsahibə zamanı isə texniki təminatı və fon görüntüsünü yoxlamaq üçün vaxt qazandırır.

Şirkəti tərifləyin

İşəgötürənlə danışarkən, şirkət haqqında bəyəndiyiniz iki-üç konkret məqamı paylaşın. Məsələn: “Bu şirkətdə əməkdaşların birgə işləməyə təşviq edilməsini yüksək qiymətləndirirəm” və ya “Hibrid iş siyasətiniz həm məntiqli, həm də mənim əvvəlki təcrübəmə uyğundur”. Həmçinin “Sizi bu şirkətə nə cəlb etdi?” sualını vermək, qarşılıqlı marağı artırmaq baxımından faydalı ola bilər.

İşə qarşı həvəsinizi açıq ifadə edin

Müraciət etdiyiniz vəzifənin sizi niyə cəlb etdiyini əvvəlcədən müəyyənləşdirib müsahibədə dərhal qeyd edin. Bu, liderlik imkanları, süni intellekt sahəsində bacarıqlarınızı tətbiq etmək və ya konkret sahədə təcrübə qazanmaq istəyi ola bilər. Eyni zamanda, bu vəzifənin şirkətdə hansı kritik rola malik olduğunu vurğulamaq da vacibdir. Məsələn: “Bu vəzifənin departament və ümumi kommunikasiya baxımından nə qədər əhəmiyyətli olduğunu anlayıram”.

Müsbət və qətiyyətli dil istifadə edin

Danışığınızda pozitiv və inamlı ifadələrdən istifadə edin. Müsahibəyə hazırlaşarkən bu ifadələrin siyahısını hazırlamaq tövsiyə olunur. Məsələn: “Bu şirkətin öz sahəsində lider olduğunu sevirəm”, “Bu iş mənim karyeram üçün ideal növbəti addımdır”, “Bu komandanın mükəmməl reputasiyası var”. “Düşünürəm”, “bilmirəm”, “təxmin edirəm” kimi tərəddüdlü sözlərdən və “um”, “aha” kimi doldurucu ifadələrdən çəkinin.

Açıq bədən dili nümayiş etdirin

Müsahibə zamanı bədən dili sizin nə qədər həvəsli olduğunuzu açıq şəkildə göstərir. Üz ifadəniz isti və canlı olmalı, göz təması saxlanılmalıdır. Dik oturmaq, çiyinləri geridə saxlamaq və qolları açıq saxlamaq inamı göstərir. Əlləri sinədə birləşdirmək və ya qapalı pozalar isə müdafiə mövqeyini xatırladır və neqativ təsir yaradır.

Müsahibədə bu yanaşmalar işə marağınızı daha inandırıcı şəkildə nümayiş etdirməyə və sizi digər namizədlərdən fərqləndirməyə kömək edə bilər.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...