Bu kişilər 65 yaşından tez pensiyaya çıxacaq

Redaktor

06.05.2025 15:10
177

Bu kişilər 65 yaşından tez pensiyaya çıxacaq

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır.

Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur.

Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutunun böyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir.

Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən bir sıra hallarda ataların da daha tez pensiyaya çıxmaq hüququ var:

“Nəzərə alsaq ki, “Əmək pensiyaları haqqında” qanuna bu istiqamətdə dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri də ataların bu hüquqlardan istifadəsi halları ilə bağlıdır. Əgər uşaqların böyüdülməsi və tərbiyəsi ata tərəfindən həyata keçirilibsə, o halda ata daha tez pensiyaya çıxmaq hüququna malikdir.

Nəzərə alaq ki, ailələrdə uşaqların tərbiyəsi ilə əsasən analar məşğul olur. Uşaqların böyüdülməsi ilə bağlı zəhmət anaların üzərinə düşür. Ona görə də bu hüquq birinci olaraq analara tanınıb. Lakin uşaqların böyüdülməsi və tərbiyə edilməsi bütövlükdə ata tərəfindən həyata keçirilibsə təbii ki, bu halda həmin hüquq atalara da şamil oluna bilər”.

Millət vəkili Arzuxan Əlizadə isə vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız 5 uşağı olan analar pensiyaya 5 il tez çıxa bilirlər:

 “Kişilər üçün bu qayda nəzərdə tutulmayıb. Amma qanunvericilikdə müəyyən istisnalar var. Beləki, əgər ailədə ana olmazsa və uşaqların böyüdülməsi, tərbiyə edilməsi yükü atanın üzərinə düşərsə, bu hüquq ataya da şamil edilə bilər. Bu nadir rast gəlinə biləcək hadisədir. Bəlkə də yoxdur. Ona görə də bu hüquqdan ancaq çoxuşaqlı analar faydalana bilər”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...