"Apple" 1 milyard dollar zərərə hazırdır

Redaktor

06.05.2025 13:30
229

"Apple" 1 milyard dollar zərərə hazırdır

ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi gömrük tarifələrinin doğurduğu qeyri-müəyyənlik davam etdiyi bir vaxtda "Apple" 2024-cü ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, rəqəmlər şirkətin hazırkı vəziyyətinin ümumilikdə sabit olduğunu göstərsə də, gələcək üçün qeyri-müəyyənliklər davam edir.

"Apple"ın baş direktoru Tim Kukun sözlərinə görə, Tramp administrasiyasının tarifləri hələlik şirkətə ciddi təsir etməyib. Bunun əsas səbəbi olaraq şirkətin tədarük zəncirini və stok idarəçiliyini əvvəlcədən optimallaşdırması göstərilir. Kuk bildirib ki, bu tədbirlər çərçivəsində Hindistan və Braziliyadakı istehsal gücü artırılıb və gömrük vergiləri tətbiq olunmazdan əvvəl Hindistandan ABŞ-a 600 tondan çox "iPhone" göndərilərək böyük ehtiyat yaradılıb.

Lakin bu ehtiyatlar məhduddur və tükəndikdən sonra tariflərin real təsirləri daha açıq şəkildə hiss oluna bilər. Beləliklə, "Apple" gələcəkdə bu təzyiqlərə daha çox məruz qala bilər.

Tramp administrasiyası daha əvvəl smartfon və kompüterlərin tariflərdən azad ediləcəyini bəyan etmişdi, lakin bu qərarın da sabitliyi təmin olunmayıb və istənilən an dəyişə bilər.

"Apple"ın apardığı risk təhlillərinə görə, gömrük tariflərinin şirkətə təxmini maliyyə zərəri 1 milyard dollar təşkil edir. Bu məbləğ nisbətən böyük görünsə də, texnologiya nəhənginin ümumi maliyyə göstəriciləri fonunda əhəmiyyətsiz hesab olunur.

Lakin ABŞ və Çin arasında ticarət gərginliyi dərinləşərsə və tariflər daha sərt formada tətbiq olunarsa, bu, istehlakçılara da təsir edə bilər. Belə bir ssenaridə ABŞ-da satılan "iPhone"ların qiyməti nəzəri baxımdan 10 min, hətta 20 min dollara çata bilər. Bu da yalnız "Apple"ı deyil, bütün smartfon sənayesini sarsıdan nəticələr doğura bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...