"Expressbank”ın vaxtı keçmiş kreditlərində kəskin artım - 3 ayda 37%

Redaktor

06.05.2025 09:00
256

"Expressbank”ın vaxtı keçmiş kreditlərində kəskin artım - 3 ayda 37%

"Expressbank”ın vaxtı keçmiş kreditləri 2025-ci ilin ilk rübündə də artmaqda davam edib.

Valyuta.az xəbər verir ki, bankın vaxtı keçmiş kreditləri ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə 37% və ya 3,44 milyon manat artaraq 12,65 milyon manata yüksəlib. Ötən ilin sonunda bu rəqəm 9,2 milyon manata bərabər olub.

Bu isə bankın vaxtı keçmiş kreditlərinin ümumi portfeldə çəkisinin 1,83 %-dən 2,53 %-ə kimi artmasına təsir edib.

"Expressbank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı keçmiş istehlak kreditləri 61% və ya 2,8 milyon manat artaraq 4,65 milyon manatdan 7,48 milyon manata kimi yüksəlib. 

Bankın şirkətlərlə bağlı bir aydan artıq vaxtı keçmiş kreditləri isə üç ayda 8% artaraq 4,2 milyon manata yüksəlib. "Expressbank”ın ilk rübdə danışmaz əmlak üzrə vaxtı keçmiş kreditlərinin həcmi isə 971 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 48% çoxdur. 

Qeyd edək ki, hesablama zamanı bankın bir aydan artıq müddətə gecikdirilmiş kreditləri nəzərə alınıb.

Xatırladaq ki, "Express Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 19,98%-I Seyidov Hafiz Mirzağa oğluna, 48,78%-I onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə və  0,38%-i Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.

Nara

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...