
03.05.2025 / 15:54
Elektrik enerjisindən gəlirlər azaldı
69763
Azərbaycanın xaricə ixrac etdiyi elektrik enerjisində gəlir azalması müşahidə edilib.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xaricə 24,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Ötən ilin eyni dövründə isə elektrik enerjisi ixracından ölkə 40,6 milyon ABŞ dolları dəyərində gəlir əldə edib.
Beləliklə, ölkənin elektrik enerjisindən əldə etdiyi gəlir 40% və ya 16,2 milyon ABŞ dollları dəyərində azalıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay