Amid Qənbərov “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib - FOTO

Redaktor

02.05.2025 12:20
439

Amid Qənbərov “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib - FOTO

“AFB Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyət göstərirdi.

Valyuta.az xəbər verir ki, Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb.

Peşəkar karyerasının böyük hissəsini “Bank of Baku” ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manat təşkil edir. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda “Azsığorta” ASC-nin 100%-lik səhmdarı və “Bank of Baku” ASC-nin 31.11%-lik pay sahibidir. Digər səhmdarlar isə Cəmil Tahir oğlu Muradov (0.18%) və Toğrul Hacıyev Ülvi oğludur (0.18%).

Amid Qənbərov “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib - FOTO

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...