BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69676

Bu günlərdə saatlıq iş rejimində əmək haqqının verilməsi ilə bağlı müzakirələr gedir. Bir çox şəxsi düşündürən sual budur: Saatlıq əmək haqqı ödənişi mənə sərf edəcəkmi?

İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov Valyuta.az-a bildirdi ki, əmək münasibətlərindəki edilmiş sonuncu dəyişikliklər yaxın zamanlarda qüvvəyə minəcək: “İşçilərin aylıq əmək haqqının saatlıq əmək haqqı ilə əvəzlənməsi ilə bağlı Nazirlər kabinetinin bir neçə qərarı var və yeni yanaşma bu Nazirlər Kabinetinin Qərarlarına və Əmək Məcəlləsinin müəyyən maddələrinə köklü dəyişikliklərin yaranmasına səbəb olacaq, səbəb olacaq. Dəyişməyən maddə əmək məcəlləsinin 102-ci maddəsi olacaq. Yəni, bu maddə İşəgötürən tərəflə işçilərin davamiyyətinin dürüst və dəqiq aparılması öhdəliyidir. Saatlıq əmək haqqına keçiləndən sonra isə bu daha dəqiq aparılmalıdır. İşəgötürənlər əvvəlki qayda ilə kağız və ya kitab üzərindən qeydiyyatı yığışdırmalı, müasir texnologiyaların təklif etdiyi sistemlərdən istifadə etməlidir. Çünki mübahisəli halların qarşısının alınması məqsədi ilə daha dəqiq qeydiyyat aparılması tövsiyə olunur”. 

Yeni yanaşma istehsalat təqviminə təsir edəcək

Mütəxəssis bildirir ki, Məcəllənin və Nazirlər Kabinetinin qərarı axşam, gecə növbəsi və gündüz növbəsi saatların normasına təsir edən yanaşmadır: “Burada həftəlik, aylıq, günlük, illik cəmlənmiş qeydiyyatdan söhbət gedir. Bu da istehsalat təqviminə təsir edir. Burada artıq köklü dəyişiklik və sistemli bir yanaşmanın olmasından söhbət getməlidir. Eyni zamanda qərarların mənfi və müsbət tərəflərini səciyyələndirə bilərik”. 

Müsbət tərəfləri o olacaq ki...

X.Əsgərovun fikrincə, müsbət tərəfləri bu olacaq ki, dəqiq saatla hesablama olduğu üçün daha şəffaf əmək haqqı hesablama sistemi olacaq: “Vaxt qeydiyyatı dəqiq aparılsa, ədalətli ödəniş sistemi olacaq. Bu işçilərin motivasiyasına və gəlirin çoxalmasına səbəb ola bilər. İşəgötürən üçün əmək haqqının hesablanması sistem tərəfindən tələb edildiyindən əmək haqqı hesablanması mürəkkəb olsa da, bu proses avtomatlaşdırılacağı üçün proses daha da sürətlənəcək”. 

Mənfi tərəfləri 

Mütəxəssis yeni qərarın gətirəcəyi mənfi nüansları qeyd etdi: “Mənfi tərəfləri də o ola bilər ki, bu, hansısa işçilərdə hansısa peşə və fəaliyyət növlərində əmək haqqının azalmasına səbəb ola bilər. Xüsusilə çox işləyən, zəhmətkeşlərin əməkhaqları artacaq, tez-tez işdə olmayan işçilərin əmək haqları isə azalacaq. Bildiyimiz kimi əvvəl qanunvericilikdə icazə alma anlayışı yox idi, məzuniyyət və onun növləri var idi. İcazə almalar isə şirkət daxili qaydalarla tənzimlənirdi. Artıq icazə alma ilə bağlı dövlət portalında müddəalar var. Bu artıq birbaşa əmək haqqına təsir edəcəyi üçün və bu artıq portalda olacağına görə, icazə almalar da işçinin əmək haqqına birbaşa təsir edəcək. Bu da mənfi təsirlərdən biridir.

Eyni zamanda sabit gəlir yox, dəyişkən gəlir olacaq. İşçilərin saatları dəyişəcəyi üçün, əmək haqqı da oynaq olacaq. Rəqəmlərin çox oynaması, hesablamalarda çox yanlışlığa səbəb ola bilər. Onu da qeyd edim ki, uzaqdan və ya hibrid rejimdə işləyənlərin saatlıq iş üzrə əmək haqqının hesablanması razılaşma ilə olsa da, ölçülməsi çətinləşəcək”.

Hesablamanın necə aparılacağı önəmlidir

Mütəxəssis deyir ki, qanunvericilik dəyişəndən sonra faktiki həftəlik, aylıq, illik iş normasının saatlığa bölünməsi necə olması da önəmlidir: “Yəni, işçinin saat, gün, həftəlik iş saatı və illik cəmlənmiş qeydiyyat norması mövcuddur və onu böləndə saata necə böləcəklər? Aylığımı, illik normanımı saata bölüb hesablayacaqlar? Yanaşmanın necə olacağı məlum olandan sonra bilinəcək ki, bu, işçilərin xeyrinədir, yoxsa ziyanınadır. İndiki halda bəhs etdiyim mənfi və müsbət tərəflər ümumidir. Köklü tərəfdən qanunvericiliyin işlək mexanizmi hesablama məntiqi, faktiki istehsalat təqviminə uyğun illik saat norması saatlara bölününüb bir saatı çıxarılacaq, yoxsa, hər ay dəyişəcək? Bilirsiniz ki, aylıq istehsalat təqviminə görə aylıq normalar dəyişir. İllik götürülmüş olsa, işçilərin xeyrinədir, aylıq götürülmüş olsa, işçilərin ziyanınadır”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin