Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildi

Redaktor

01.05.2025 11:50
345

Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildi

Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edilib.

Valyuta.az xəbər verir ki, o, 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində “Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini tamamlamışdır.

2007-ci ildən bank sektorunda fəaliyyət göstərən Pərviz Qasımov, bank məhsullarının yaradılması, inkişafı, satışların təşkili və müştəri loyallıq proqramlarının qurulması sahələrində geniş təcrübəyə malikdir. O, “Bank of Baku” ASC-də mütəxəssis kimi başladığı karyerasında uğurla irəliləyərək Məhsul və müştəri idarəetməsi departamentinin direktoru səviyyəsinə qədər yüksəlmiş, bu müddət ərzində məhsul və proseslərin idarə edilməsi ilə bağlı müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Ardınca “Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi, “ABB Bank”da isə Pərakəndə seqment sahəsinin baş məhsulu sahibi və məhsul rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir.

“AFB Bank” ASC, Pərviz Qasımovun yeni vəzifəsində bankın strateji hədəflərinə çatmasına və inkişafına mühüm töhfə verəcəyinə inanır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...