BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69625

“Alipay” və “PayPal” dünyada ən geniş istifadə olunan rəqəmsal ödəniş sistemləridir. Hər ikisi mobil və onlayn alış-verişdə, pul köçürmələrində və maliyyə xidmətlərində mühüm rol oynayır, lakin yaranma məqsədləri və fəaliyyət coğrafiyaları fərqlidir.

Valyuta.az hər iki rəqəmsal ödəniş platformaları haqqında məlumatı təqdim edir:

“Alipay” Çində yaranmış rəqəmsal ödəniş və maliyyə platformasıdır.

2004-cü ildə “Alibaba Group” tərəfindən yaradılsa da, hazırda isə “Ant Group”a aiddir. Bu rəqəmsal platformanın əsas məqsədi onlayn ticarətdə təhlükəsiz ödənişləri təmin etməkdir. “Alipay” bu gün Çinin ən böyük mobil ödəniş sistemi sayılır, bir çox sahələrdə geniş istifadə olunur:

Onlayn alış-veriş (məsələn, Taobao, Tmall)

Kafedə, mağazada QR kodla ödəniş zamanı

Kommunal ödənişlər edərkən

Sığorta, kredit, sərmayə və digər maliyyə xidmətlərindən istifadə edərkən

“Alipay”ın 1 milyarddan çox istifadəçisi var. Bu rəqəmsal platforma ən çox  Asiyada geniş yayılıb.

“PayPal” isə ABŞ-da yaradılmış elektron ödəniş platformasıdır.

Bu ödəniş sistemi 1998-ci ildə yaradılıb. “PayPal” 2002-ci ildə “eBay” tərəfindən satın alınıb və uzun illər “eBay”ın əsas ödəniş sistemi kimi fəaliyyət göstərib. Lakin 2015-ci ilin iyul ayında “PayPal” rəsmi olaraq “eBay”dan ayrılaraq müstəqil bir şirkətə çevrilib. Bu rəqəmsal sistemin əsas məqsədi təhlükəsiz və rahat beynəlxalq ödənişləri təmin etməkdir

İstifadə olunduğu sahələr də “Alipay”lə oxşarlıq təşkil edir. Belə ki, bu sistemdən də onlayn alış-veriş (məsələn, “eBay”, “Etsy”, “Shopify”), beynəlxalq pul köçürmələri, xidmət ödənişləri və biznes əməliyyatları zamanı istifadə olunur. “Paypal” 200-dən çox ölkədə fəaliyyət göstərir və 25-dən çox valyutanı dəstəkləyir. 2025-ci ilin ilk rübünə olan statistik məlumata görə, “PayPal”ın hazırda  436 milyona yaxın istifadəçisi var. Təxminən 278 milyon istifadəçi ilə ABŞ liderlik edir. Daha sonrakı yerlərdə isə Almaniya və Böyük Britaniya dayanır. 

“PayPal” Azərbaycan istifadəçiləri üçün “Alipay”a nisbətən daha əlçatandır, amma tam funksional deyil. “Alipay” əsasən Çin daxilində və ya Çinlə biznes əlaqəsi olanlar üçün uyğundur.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin