BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
69623

Bir çoxumuz kasıb və ya orta təbəqə ailələrdə böyümüşük və həyatımızın qalan hissəsini də bu təbəqənin düşüncə və davranışlarının təsiri altında yaşayırıq. Əgər siz də maliyyə baxımından məhdudiyyətli, amma yaxşı niyyətli bir ailə tərəfindən bu şəkildə böyüdülmüsünüzsə, bu məqaləni oxuyaraq sizi içində saxlayan yanlış inanclardan qurtula bilərsiniz.

Budur, pul haqqında yanlış bilinən bəzi düşüncələr:

“Pul ağacda bitmir”, “azla kifayətlənmək lazımdır” kimi cümlələr həyatımıza o qədər yer edib ki, bəzən özümüz də bilmədən bu düşüncələrin əsirinə çevrilirik. Çünki uşaqlıqdan bizə pul haqqında belə "doğru" kimi görünən fikirlər aşılanıb.  Əslində isə bu fikirlərin əksəriyyəti bizi maliyyə azadlığından uzaqlaşdıran mental tələlərdir.

Valyuta.az illərlə doğru hesab edilən, lakin maliyyə baxımından sizi yavaşladan 12 məşhur yanlış inancı təqdim edir: Əgər siz də daha sərbəst, güvənli və məqsədli bir maddi həyata doğru addım atmaq istəyirsinizsə, bu səhv düşüncələri tanımaq və onlardan qurtulmaqla başlaya bilərsiniz.

Rahat yaşayacaq qədər pulum olsun, yetərlidir

Orta təbəqənin düşüncə tərzində bu rahatlıq ideyası əsas yer tutur. Amma reallıq budur ki, bir çox insan təqaüd dövrü üçün kifayət qədər pul yığa bilmir. Bu da onların yaşlılıqda da işləməyə məcbur qalmasına səbəb olur. Ona görə də, qısa müddətli rahatlığın əsiri olmayın, maliyyə azadlığınızı qazanın.

Pul qazanmaq məcburiyyətindəyəm

Bizə uşaqlıqdan öyrədilən təhsil və tərbiyə pul qazanmaq üçün zamanımızı satmalı olduğumuzu düşündürür. Pul qazanmağı yox, dəyər yaratmağı düşünün. Cəmiyyət üçün dəyərli bir şey etsəniz, mükafatını da alacaqsınız.

Böyük olan daha yaxşı deyil

Bu yanlış düşüncədir. Böyük olan daha yaxşı və daha ehtişamlıdır. Kiçik düşünmək enerjinizi alar. Dünyanın ən uğurlu şirkətləri böyük şirkətlərdir. Böyük düşünmək daha əyləncəli və uğur ehtimalını artıran yoldur.

Daha çox pul, daha çox problem

Əgər çox pul daha çox problemdirsə, qoy problem olsun. Çünki pulu olmayan adam olmaq daha böyük problemdir. Daha çox pul, həyat üzərində daha çox nəzarət və seçim azadlığı deməkdir.

Qazanmaq üçün xərcləmək lazımdır

Bugünkü milyonerlərin üçdə biri birinci nəsil milyonerlərdir. Yəni bu insanlar sıfırdan zəngin olublar, çünki ideyalarının arxasınca getməyə cəsarətləri olub. Başlanğıc üçün qazanmaq üçün xərcləmək fikri yanlışdır.

Pul ağacda bitmir

Bu sözlər pulu məhdud və çətin əldə olunan bir şey kimi göstərir. Amma bu dünyada təqribən 134 trilyon dollar pul var və bu vəsaitin əksəriyyəti sadəcə rəqəmlərlə təmsil olunur. Pul çatışmazlığı yalnız kasıb insanların zehnində mövcuddur.

Yeni gün, yeni qazanc

Əməkçi insanlar hər gün qazanc üçün çalışırlar. Amma zamanınızı sataraq nə qədər qazandığınızdan çox, qazanc üçün zaman sərf etmədən necə dəyər yarada biləcəyinizi düşünməlisiniz. Zəngin insanlar zamanla pulu dəyişdirərlər, çünki zaman puldan daha qiymətlidir.

Pul bütün pisliklərin mənbəyidir

Doğrusu: “Pul sevgisi bütün pisliklərin mənbəyidir.” Pulun şeytan olması ilə bağlı yanlış bir düşüncə mövcuddur. Zəngin olmaq pis deyil, doğrudur. 
Bil Qeyts deyib: “Kasıb doğulmaq sizin günahınız deyil, amma kasıb ölmək sizin günahınızdır.”

Damlaya-damlaya göl olar

Bu fikirə inanırsınızsa, maliyyə azadlığınız heç vaxt olmayacaq. Qənaət pis deyil, amma yalnız qənaətlə maliyyə azadlığı mümkün deyil. Çünki qənaətin limiti var, amma gəlirin artmasının limiti yoxdur. Ona görə də öncə gəlirinizi artırmağa fokuslanmalısınız.

“Pul hər şeyi ala bilməz”

Əlbəttə ki, pul hər şeyi ala bilməz, amma rahat və azad bir həyat üçün böyük rol oynayır. Elmi tədqiqatlar da göstərir ki, müəyyən bir nöqtəyə qədər pul insanı xoşbəxt edə bilir.

Fikrimi satmaq istəyirəm

Bu düşüncə kiçik düşünən insanların yanaşmasıdır. Böyük ideyalara sahib insanlar, məsələn, “Starbucks”ın sahibi ideyalarını ucuz qiymətə satmadı. Fikirlərinizi kiçiltməkdən və dəyərsizləşdirməkdən çəkinin.

Zəngin insanlar xəsisdir

Bəzən insanın bir qədər eqoist olması lazım ola bilər. Əgər özünüzə kömək etmirsinizsə, başqalarına da kömək edə bilməzsiniz. Öz maliyyə vəziyyətinizi düzəltmədən başqalarına fayda vermək çox çətindir. Zəngin olmaq sizi eqoist etmir, əksinə başqalarına yardım etməyə daha çox imkan yaradır.

Bu fikirlərdən qurtulun və öz maliyyə azadlığınız üçün ilk addımı atın. Unutmayın ki, sizi geridə saxlayan yalnız yanlış düşüncələrdir.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin