Haqqında Prezidentə məlumat verilən gənc danışdı: “Çox həyəcanlandım”

Redaktor

29.04.2025 14:58
260

Haqqında Prezidentə məlumat verilən gənc danışdı: “Çox həyəcanlandım”

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb

Valyuta.az xəbər verir ki, Modern.az həmin gənclə - Tağı Məmmədovla həmsöhbət olub.

O bildirib ki, Quba rayonunda anadan olub və ilk təhsilini də elə Qubada alıb:

“Daha sonra təhsilimi Xəzər Universitetində marketinq ixtisası üzrə davam etdirmişəm. Ardınca isə Pekin Texnologiya Universitetində 2 il biznesin idarə edilməsi üzrə təhsil almışam. Hazırda Jianqsu Universitetində idarəetmə elmi üzrə fəlsəfə doktorluğu oxuyuram. Mənim Çinlə bağlı hekayəm 6 il qabaq yay məktəbi ilə başlamışdı. Mən Çində olarkən yenidən ora qayıdacağıma söz vermişdim. Çünki oradakı inkişafı gördüm və düşündüm ki, karyeramı Çində qura bilərəm və nəticədə öz ölkəmə də faydam dəyər, öyrəndiklərimi Azərbaycanda istifadə edərəm. Mən hazırda doktoranturanın birinci kursundayam. 2028-ci ildə doktorantura təhsilimi bitirəcəm. Ondan sonra Azərbaycan və Çin arasında körpü rolunu oynamaq istəyirəm. Buraya Azərbaycan və Çin arasında güclü, mədəni işlər görmək daxildir”.

Müsahibimiz bildirib ki, ölkələrimiz arasında çox da böyük fərq yoxdur:

“Ən böyük fərqlərdən biri deyərdim ki, mətbəxlərimizdir. Amma bir müddət sonra istər-istəməz yeməklərə də öyrəşmək olur. Mən evdə Azərbaycan yeməklərini bişirməyi çox sevirəm. Bunu deyə bilərəm ki, yeməklərimizi  bişrməyi Çinə gəldikdən sonra öyrənmişəm. Burada elə olur ki, dolma, aş və digər xörəklərimiz hazırlayırıq”.

T.Məmmədov deyib ki, Prezident İlham Əliyevdən müsahibə alan xanım Liu Xini bir neçə ay əvvəlcədən tanıyır:

“Mən də onunla söhbət etmək şansı əldə etmişdim. Söhbətləşərkən Azərbaycan haqqında məlumat mübadiləsi etmişdik. Daha sonra mən Liu Xinin cənab Prezidentlə müsahibəsini gördüm. Bu təbii ki, mənə maraqlı gəldi. Çünki mənim onunla birbaşa əlaqəm olub. Mən canlı yayımı izləmək qərarına gəldim. Yayımı izləyərkən birdən-birə o bildirdi ki, “Bir kəmər, bir yol” layihəsi ilə Çinə gələn azərbaycanlı bir gənc tanıyır. O mənim hazırda fəlsəfə doktoru pilləsi üzrə təhsil aldığımı da qeyd etdi. Bu məni şok etdi, mən belə bir şey gözləmirdim. Həmin anda çox həyəcanlandım, sevindim və qürur hissi duydum. Çünki mənim haqqımda cənab Prezident İlham Əliyevə məlumat verilmişdi. Düşünürəm ki, Prezidentimiz də qürurlanaraq düşünüb ki, gənclərimiz Çində də uğur qazanmaq üçün addım atırlar”.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...