BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69419

Bill Qeytsin övladları atasından qalan mirasla kifayətlənmək niyyətində deyil. Məşhur milyarderin qızı Poebe Qeyts süni intellekt dəstəyi ilə çalışan bir alış-veriş saytı açaraq biznes dünyasına addım atıb.

Valyuta.az xəbər verir ki, Bill və Melinda Qeytsin qızı Poebe yeni bir onlayn alış-veriş tətbiqini istifadəyə verib. "Phia" adlı tətbiq geyim, ayaqqabı və aksesuarların qiymətlərini yeni və istifadə olunmuş elanlarla müqayisə edəcək.

Poebe Qeyts keçmiş otaq yoldaşı Sofiya Kianni ilə birlikdə "Phia" adlı süni intellekt dəstəyi ilə çalışan bir alış-veriş tətbiqinə start verib. Bu tətbiq, alış-veriş edənlərin geyim, ayaqqabı və aksesuar siyahılarındakı qiymətləri müqayisə etmələrinə kömək etmək üçün hazırlanıb.

Tətbiq həm iOS platformasında, həm də "Google Chrome" üçün brauzer əlavəsi olaraq işləyir. Tətbiqi və ya əlavəni qurduğunuzda bir məhsul səhifəsinə girdikdə "Bunu almalıyammı?" düyməsi görünür. Düyməyə basdıqda "Phia" vebdə axtarış apararaq eyni və oxşar məhsulların yeni və istifadə olunmuş elanlardakı qiymətlərini müqayisə edir və qiymətin yüksək, aşağı və ya tipik olub-olmadığını bildirir. Beləliklə, müştəriyə daha sərfəli alternativlərin olub-olmadığı barədə də məlumat verilir.

"Phia" süni intellektdən istifadə edərək "aktual bazar tendensiyalarını" analiz etdiyini və bu məlumatları "The RealReal", "Vestiaire Collective", "ThredUp", "StockX", "eBay" və "Poshmark" kimi saytlardan toplanan 250 milyondan çox istifadə olunmuş məhsulun yer aldığı verilənlər bazası ilə müqayisə etdiyini bildirir.

Bu sistemin "Amazon" kimi dünya nəhəngləri ilə rəqabət apara biləcəyi hələ bəlli deyil. Lakin texnologiya dünyasında birinci nəsil rəhbərlərin təqaüdə çıxması ilə onların övladlarının iş başına keçdiyi dövrə qədəm qoyduğumuz görünür.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin