
Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb
“CFI Financial İnvestisiya Şirkəti” bəzi pozuntulara yol verib.
Valyuta.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən investisiya şirkətindən tematik yoxlama aparılıb.
Məlum olub ki, “CFI Financial İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilməyib.
AMB bununla bağlı investisiya şirkətinə xəbərdarlıq edib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verib.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" ötən ilin avqust ayında "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib. Şirkətə böyük maya qoyulduğu deyilsə də, hələlik sələfinin performansını göstərmək mümkün olmayıb. İnvestisiya şirkətinin birja əməliyyatları son bir ildə 60,4% və ya 208,9 milyon manat azalaraq 176,8 mln. manata enib. Bağlanan əqdlərin sayı isə 424-dən 51-ə enib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay