BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68556

Samir Mirzə
        Ölkə.Az saytının məsul redaktoru, media meneceri

Bir çox bacarıqlı, istedadlı insanlar bilərəkdən, ya bilməyərəkdən gözə dəymirlər, yaxud görünmək istəmirlər. Əksər zamanlarda arxa planda qalırlar. Bu isə onların karyerasına təsir göstərir. Kimlərsə dolayı yolla onlar haqqında məlumat əldə etmək istəyərkən çətinlik çəkirlər.

Belə bir deyim var: Varsansa, niyə yoxsan?

Ola bilsin həmin bacarıqlı insanlar, necə deyərlər, “bir əlində min mərifəti olanlar” üzərində təzyiq hiss etməmək, diqqət çəkməmək üçün belə davranırlar. Məsələn, onlar təkliflərini də birbaşa deməkdən ehtiyat edirlər, kiminsə dili ilə rəhbərliyə çatdırarlar, nəticədə isə özlərinə zərər vermiş olarlar. Məsələn, sonradan kimə, necə sübut etsin ki, təklif onun beyninin məhsuludur, onun dilindən süzülüb gəlib. Gəl ki desə belə, cəsarəti çatmayıb ki, özü söyləsin, “birdən narazılıqla qarşılanar” deyə...

Rəhbər təklifi gətirənə qiymət verə bilər

Yadıma gəlir ki, bir iş yerində ona verilən tapşırığın məntiqi baxımdan yanlış olduğunu düşünən icraçı müdirlə yaxınlığı ilə seçilən və nisbətən aşağı vəzifədə olan birinə söyləmişdi, o da rəhbərliyə çatdırmışdı. Nəticədə isə işin faydası üçün lazım olan məsələ həllini tapsa da, sonradan rəhbərlik problemi müəyyən edəni yox, çatdıranı qiymətləndirmişdi.

“O kimdir e?” sualının ünvanı olmaq...

Belə mütəxəssislər cəsarətsizlikləri səbəbindən onlar haqqında danışılarkən, adları çəkilərkən ədalı şəkildə “o kimdir ki?” sualının ünvanına çevrilirlər. 
Bir toxunuşla işdəki düyünü aça bilən, həmçinin işin gedişinə taleyüklü təsir göstərən mütəxəssislər üçün belə münasibət sarsıdıcı sayılır. O sualı öyrənmək məqsədilə deyil, ironik şəkildə verənlər günün mənfi trendlərinə uyğunlaşıb. Hər yerdə qalmaqallı, “nə edirsən et, əsas diqqət çək” prinsipi ilə davranmağı üstün tuturlar. Nəhayətində isə faciələr üzərindən də reklam işi görmək istəyənlərə bənzəyirlər, çalışdıqları müəssisələrinin nüfuzuna, işinə ciddi xələl gətirirlər.

Dinmə! - Bir əlin verdiyini o biri əl görməz

Uzun müddət “yaxşı adam olmaq” prestiji hökm sürüb və “bir əlin verdiyini o biri əl görməz” şüarları alt şüurumuza pərçimlənib. Zamanla başqa sahələrə, iş mühitinə sirayət edib. “Ayıbdır” anlayışını da onun yanına qoysaq, menyumuz hazırdır. Günün birində isə etdiklərinin qarşılığını görməyəndə, səs-sorağının lokal məkandan kənara çıxmadığını biləndə, depressiv vəziyyət yaşanır.

Təşəbbüsü ələ al(ma)maq qorxusu həm də ondan qaynaqlanır ki, məsuliyyətli insanlar işə zərər verməkdən, zərərin altında onun imzasının olmasından ehtiyat edirlər. Amma baxırsan ki, qorxularından pıçıltı ilə etdiyi təkliflər həm rəhbərliyə çatıb, həm bəyənilib, həm də başqasının adına yazılıb. “Gözdən uzaq olan könüldən də uzaq olar” məsəli burada da özünü göstərir.

Haşa, mənənçilik demirəm 

Mənəmçilik qıcıq doğuracaq xüsusiyyətdir. Bunu “mən, mən, mən...” formasında dilə gətirməklə işləri heyif etmək mümkündür. Kimlərinsə damarına da basa bilərsən, istəmədən və bilmədən. Bir neçə il sonra hətta ortaya çıxa bilər ki, etdiyin işləri zamanında “mən bu təklifləri etmişdim” sözlərini qarşındakını kinləndirəcək qədər deməyin, sənə qarşı “səlib yürüşləri” baş qaldırıbmış. Bunu qaydasında etməklə həm də öz karyeranın başqa sahələrdə, yaxud şirkətlərdə parlamasına yol açırsan.

Lazımdır! 

Odur ki, əvvəldən strategiyanı tutmaqla kimisə incitmədən, işlədiyin yerdəki məsuliyyətlərini yerinə yetirməklə gələcəyinə işıq saçmaq mümkündür. 
Məqamı düşdükcə rəhbərliyə də necə işə töhfə verdiyini bildirməkdə fayda var. Bunu özünüz işdəki vəziyyəti qiymətləndirməklə edə bilərsiniz. 

Təkliflərinizi elə özünüz dilə gətirin, nəinki vasitəçi ilə çatırın. Burada incə nüans ondan ibarətdir ki, müdirlə sizin aranızdakı vəzifəli şəxsi qıcıqlandırmaq qətiyyən yolverilməzdir. Əgər sizi dəyərləndirəcək biridirsə, eybi yox, elə onun əli ilə də “özünüzü göstərə” bilərsiniz. Dövr bunu tələb edir, təqdimat zəruri və həyati əhəmiyyət kəsb edəcək dərəcədə “xüsusi təyinatlıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

15 dəqiqədə 2,5 ton pul oğurladılar - Sonrakı hadisələr daha çox səs gətirdi

Regional Təhsil İdarəsinə yeni təyinat

900 manata görə bu şirkətin əmlakı satışa çıxarılacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Hisə verilmiş məhsulların sağlamlıq üçün - ƏSAS TƏHLÜKƏSİ

“LG” və "Samsung" Hindistan hökumətini məhkəməyə verib

Bu şirkətin 144 min manatlıq vergi borcu var

İlon Maskın yeni çipi kor insanların görmə qabiliyyətini bərpa edəcək

İlon Maskın yeni çipi kor insanların görmə qabiliyyətini bərpa edəcək

Ekoloqlar Misirin çimərlikləri üçün ciddi təhlükə barədə xəbərdar etdi

Kanada tibb işçiləri üçün iş imkanı - Müraciət qaydası

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert

Türkiyədə məşhur idman brendi cərimələndi – məhsulunda donuz dərisi çıxdı

Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib

Bu MTK-nın yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Bu səhvlərə görə kartdan pul oğurlanır - AÇIQLAMA

Bu səhvlərə görə kartdan pul oğurlanır - AÇIQLAMA

Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi

Çin ABŞ bazarından uzaqlaşır - RƏQƏMLƏR

Xaricdən ilk 3 ayda 30 milyonluq mebel almışıq

Xarici banklar Bakı metrosunda tikinti işlərinə kredit ayıra bilər

Prezidentin son Sərəncamı 2 469 şəxsə şamil olunacaq

"Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək

Nazirə məxsus şirkətin xeyli miqdarda vergi borcu var

Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

Həkimlərə saxta sertifikat verənlərlə bağlı QƏRAR - Səhiyyə Nazirliyində rüşvət işi

Bakının bu rayonunda 110 bina söküləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin