BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68504

“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, Bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub. Bununla belə bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır. 

Hesabat dövründə bankın faiz gəlirləri 8% artaraq 11,54 milyon manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,79 mln. manat) müşahidə edilib. 

İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan (I rüb 2024) 2,01 milyon manata yüksəlib. 

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat ) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıdır.

Nəticədə  bankın xalis faiz gəliri 1,7% azalaraq 9,52 milyon manata enib.  Yəni faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına 1 milyon manat artaraq bu ilin ilk rübündə 6,46 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 11,14 milyon manatdan 11,59 milyon manata yüksəlib.  

Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 61,2% azaldaraq 1,59 milyon manatdan bu ilin ilk rübündə 618,1 min manata endirib. 

Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 2,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 28,7% azalmda deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 3,93 milyon manat təşkil edib. 

Maraqlıdır ki, son üç ayda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 23%-dən çox və ya 170,3 milyon manat “əriyərək” 560 milyon manata, cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Cəmi kapitalı isə 2,4% artaraq 112,67 milyon manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birinci rübdə Türkiyə ilə ticarət dövriyyəsi azalıb

ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək

Kimlər daha çox maaş alır?

Kimlər daha çox maaş alır?

Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?

"Xaçmaz”ın tikinti bazarının 150 minə yaxın borcu var

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı

Azərbaycan I rübdə büdcə xərclərinin 13 %-ni iqtisadi fəaliyyətə yönəldib

Azərbaycanın BOKT-u səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək

KOBİA 27 “Yaşıl Layihə” üçün ayırdığı vəsaiti açıqlayıb

“Bayer” Xabi üçün 20 milyon istəyir

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Daha bir qanunsuz tikili söküldü (VİDEO)

Sahibkarlar bu məsuliyyətdən azad edildi

Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

Azərbaycan mədəniyyət xərclərini 23 %-ə yaxın artırıb

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Azərbaycanın xarici ticarətində lider ölkələr və məbləğlər

Azərbaycan I rübdə büdcə xərclərinin 3,4 %-ni səhiyyəyə yönəldib

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

"Bitcoin" və digər kriptovalyutalarda artım - QİYMƏTLƏR

İş həyatında düzgün dostu necə tapmaq olar? - SƏHƏR OXUSU

"Ford" Çin bazarına avtomobil tədarükünü dayandırıb

Hakerlər tərəfindən oğurlanan 800 milyon şifrə internetdə yayımlanıb

10 manatlıq şirkətin 118 mindən çox vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin