Bankların likvidliyi nədir və niyə vacibdir? - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

18.04.2025 08:30
314

Bankların likvidliyi nədir və niyə vacibdir? - SƏHƏR OXUSU

Banklar iqtisadiyyatın əsas hissələrindən biri hesab olunur. Onlar insanların pulunu toplayıb, bu pulu müxtəlif sahələrə kredit olaraq yönləndirirlər. Bu isə bu və ya digər şəkildə iqtisadiyyatın canlanmasına təsir edir. Lakin bu prosesi düzgün aparmaq üçün bankların müştərilərinə istədikləri vaxt pulunu qaytarma imkanı olmalıdır. Banklar həm uzunmüddətli kreditlər verməli, həm də qısa müddətli öhdəlikləri yerinə yetirə bilməlidirlər. Bunu təmin etmək üçün likvidlik vacibdir. Bəs likvidlik anlayışı nədir?

Valyuta.az bankların likvidliyi, necə ölçüldüyü və bir bankda likvidlik problemi olarsa bunun yol açacağı haqqında məlumatları təqdim edir: Likvidlik bir bankın öz qısa müddətli öhdəliklərini vaxtında və problemsiz ödəyə bilmə qabiliyyətidir. Sadə dillə desək bankın müştərilərinə pullarını vaxtında qaytara bilmə gücüdür. Bankların likvidliyi nə ilə ölçülür? Bankın likvidliyi aşağıdakılara əsasən qiymətləndirilir:

  • Əlindəki nağd pul vəsaiti
  • Asanlıqla pula çevrilə bilən aktivlər (məsələn, qısamüddətli dövlət qiymətli kağızları)
  • Gündəlik öhdəliklərə nisbətən bu vəsaitlərin yetərliliyi

Əgər bank likvid deyilsə, nə olur? Əgər bir bank likvidlik problemi yaşayırsa:

  • Müştərilər pullarını vaxtında ala bilməyə bilər.
  • Bu, panika yarada bilər – insanlar bankdan pullarını çıxarmağa tələsər.
  • Bank iflasa uğraya bilər.
  • Maliyyə sisteminə güvənsizlik yarana bilər.

Likvidlik niyə vacibdir? Bankların əsas işi müştərilərdən əmanət almaq və kredit verməkdir. Banklar kredit verdikdə həmin pul uzunmüddətli dövrə bağlanır, amma müştərilər istədikləri vaxt pullarını geri istəyə bilərlər. Likvidlik bu boşluğu dolduran təhlükəsizlik yastığıdır.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...