BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68890

İnsanların əməkhaqları sektorlar üzrə dəyişir. Belə ki, bu il üçün orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat olub. Əməkhaqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat) olub. Ən aşağı olduğu sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (644 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (669 manat) hesab edilir. Bəs maaş nəyə əsasən formalaşır? Bu sahələri hansı məqamlar fərqləndirir?

Qeyd edək ki, mədənçıxarma sənayesi üzrə yüksək əməkhaqqı alanlar mühəndislər, geoloqlar və layihə menecerləridir. İnformasiya və rabitə sahəsində isə proqramçılar, sistem administratorları, şəbəkə mütəxəssisləri və kibertəhlükəsizlik üzrə mütəxəssisləri göstərə bilərik. Maliyyə və sığorta üzrə isə bank menecerləri, maliyyə analitikləri və auditorları qeyd etmək mümkündür. 

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, maaşların yüksək olması həmin sahələrə olan tələb və oradakı inkişafdan qaynaqlanır: 

"Məsələn, neft-qaz sənayesinə xarici investorlar yatırım edirlər. Mədənçıxarma sənayesi bizdə daha prioritet sahə hesab edilir. Bu səbəbdən orada əməkhaqqı digər sahələrə nisbətən daha yuxarıdır”. 

N.Xəlilovun fikrincə, aqrar sahəyə ehtiyacımız olsa da, mütəxəssislər bu sahədə çalışmaq istəmirlər: 

"Yaxşı olardı ki, kənd təsərrüfatı sahəsinə də diqqət artırılsın. Kənd təsərrüfatı sahəsində kifayət qədər potensialımız mövcuddur. Savadlı aqronomlara ehtiyacımız var. Bu sahədə maaş çox azdır - cəmi 497 manat. Müəssisəyə vəsait daxil olmalıdır ki, yüksək ixtisaslı şəxsləri dəvət edə bilsinlər. Onlar inkişaf etdikcə, kadrlar da öz üzərilərində işləməyə başlayacaqlar. Beləliklə, orta əməkhaqqı göstəricisi də artacaq”. 

Ekspert qeyd edir ki, yüksək maaşlı sahələrdə əsasən xarici universitetləri bitirən tələbələr üstünlük təşkil edirlər. İşəgötürənlərin əksəriyyəti xaricdə təhsil almış şəxsləri seçirlər: 

"Amma sırf yüksək əməkhaqqı alan sadəcə onlar deyil. Kifayət qədər yerli universitetləri bitirmiş və yüksək maaş alan işçilər də mövcuddur”. 

İşədüzəltmə üzrə menecer Afa Həsənova isə düşünür ki, əməkhaqqı sahələrə görə yox, insanlara görə dəyişir:
 
"Bu peşələrdə əməkhaqqının daha yüksək olmasının səbəbi mütəxəssisin peşəkar sertifikatları, təhsili, təcrübəsidir. Əməkdaşın haralarda çalışması, təcrübə toplaması, pillə-pillə yüksəlməsi kimi faktorlar da burada rol oynayır. Heç bir sahəni konkretləşdirə bilmərik ki, filan sahədə maaşlar yüksəkdir. Çünki çox zaman əməkhaqqı individual təyin olunur. Bu səbəbdən də konkret olaraq deyə bilmərik ki, kənd təsərrüfatı sahəsində maaş aşağıdır. Hazırda aqrar peşələrə tələbat olduqca böyükdür. Amma həmin sahədə peşəkarlar çox azdır. Bu səbəbdən sözügedən sahələr də inkişaf etdirilməli və mütəxəssislər yetişdirilməlidir”. 

A.Həsənova bildirir ki, işəgötürənlər üçün xaricdə təhsil alıb gəlmiş şəxslər daha cəlbedicidir. Əgər tələbəlik dövründə hansısa təcrübə toplayıbsa, bu zaman işçinin dəyəri daha da artır. Xarici sertifikatlar əldə etməsi onu rəqiblərindən fərqləndirir. Bir neçə xarici dil bilmək də xüsusi rol oynayır: 

"Bu cür işçilər sadəcə ölkəmizdə deyil, həmçinin beynəlxalq bazarda da axtarılır”. 

Menecer deyir ki, hazırda dövlət və özəl sektor arasında rəqabət müşahidə olunur: 

"Əvvəl özəl sektorda maaşlar daha yüksək, dövlət sektorunda isə aşağı idi. Amma hazırda dövlət sektorunda da maaşlar artırılıb, həmçinin işçiləri keyfiyyətli kurslara göndərirlər ki, bilik və bacarıqları artırılsın. Hazırda özəl və dövlət sektoru rəqabət aparır. Bir zamanlar insanlar dövlət sektorunda çalışmaq istəməsə də, artıq oraya maraq xeyli çoxalıb”. 

İqtisadçı Rəşad Həsənovun fikrincə, əmək bazarında maaş bir neçə faktor əsasında formalaşır: 

"Bunun birincisi tələb və təklifdir. Hansı peşələr üzrə təklif çox olursa, həmin işlərdə əməkhaqqı daha aşağı olur. İkinci mühüm faktor tələb olunan əməyin spesifikliyidir. Bilik əsaslı əmək uzunmüddətli dövrdə, həmçinin böyük sərmayələr qoyularaq əldə edilir. O səbəbdən şəxs əməyini ucuz qiymətə satmayacaq. Həmçinin nəzərə alaq ki, bu əmək növündə təklif də o qədər çox olmur. Bilik əsaslı əmək fizikidən daha bahalıdır. Burada biliyin keyfiyyəti də önəmlidir. İnsanlar işə qəbul edilərkən əməkhaqqı danışılsa da, əsas maaş iş zamanı formalaşır. İşçi həqiqətən də tələblərə cavab verdikdə, əvəzolunmaz olduqda, müəssisə üçün xüsusi bir dəyər yaratdıqda şəxsin əməkhaqqına davamlı artımlar edilir”. 

R.Həsənovun sözlərinə görə, aqrar sektorda tələb daha çox fiziki əməyədir. Onun yaratdığı dəyər də azdır. Bu səbəbdən sahibkar daha yuxarı əməkhaqqı təklif edə bilmir: 

"Amma müəyyən sahələr var ki, həm elmə əsaslanır, həm də yüksək əlavə dəyər yaradır. Buna nümunə olaraq neft sektorunu göstərə bilərik. Azərbaycanda 1 milyon 800 minə yaxın muzdla çalışan işçi mövcuddur. Təxminən 30 mini neft sektorunda çalışanlardır. Amma onların yaratdığı əlavə dəyər ölkə iqtisadiyyatının 35 faizindən daha çoxdur. Hətta bəzi illərdə bu göstərici 50 faizə qədər olub. Belə bir sahədə yüksək əməkhaqqının təklif edilməsi imkanı genişdir”. 

İqtisadçı bildirir ki, fiziki əməklə olan işlərə tələb azalır. Buna səbəb texnologiyanın, süni intellektin tətbiqidir. 

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin