BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
68257

Bank sistemi hər bir ölkənin iqtisadi sabitliyinin və sosial rifahının təmin olunmasında mühüm rol oynayır. Vətəndaşların banklara etibar etməsi, onların maliyyə alətlərindən rahat və təhlükəsiz şəkildə istifadə edə bilməsi həm iqtisadiyyatın inkişafına, həm də bütün insanların və müəssisələrin uyğun, əlçatan və sərfəli maliyyə xidmətlərinə çıxışına şərait yaradır. 

Azərbaycanda bank sektorunda müəyyən inkişaflar müşahidə olunsa da, hələ də vətəndaşların bu sistemə olan inamı tam deyil. Əmanətlərin qorunması, kredit şərtlərinin şəffaflığı, rəqəmsal təhlükəsizlik və maliyyə savadlılığı kimi amillər bu məsələdə xüsusi əhəmiyyət daşıyır. 

Bəs vətəndaşaların banklara etibarını necə artırmaq olar?

Valyuta.az vətəndaşların banklara inamını təmin etmək üçün lazım olan məsələləri araşdırıb.

1. Vətəndaşların inamını təmin etmək üçün ilk olaraq şəffaflıq və hesabatlılıq artırılmalıdır. Banklar öz fəaliyyətləri barədə ictimaiyyətə aydın və anlaşıqlı hesabatlar təqdim etməli, faizlər, komissiyalar və şərtlər açıq şəkildə göstərilməlidir. Məsələn, kredit götürən şəxs götürdüyü kreditin şərtlərini tam anlamalıdır.

2. Əmanətlərin sığortalanması sistemi gücləndirilməli, fondun fəaliyyəti barədə məlumat geniş yayılmalı, ictimaiyyətə açıq olmalıdır. Vətəndaş bilməlidir ki, onun bankda saxladığı pul hansı limit daxilində dövlət tərəfindən qorunur.

3. Müasir dövrün tələbi texnologiyadan düzgün istifadədir. Mobil bankçılıq və internet bank xidmətləri daha etibarlı və istifadəyə rahat olmalı, kibertəhlükəsizlik sistemləri gücləndirilməlidir.

4. Xüsusi ilə bankların vətəndaşlara qarşı məsuliyyətli davranışı vacibdir. Vətəndaşlara  ədalətli və şəffaf şərtləri olan kreditlər təklif edilməlidir. Məsələn, kredit ödənişində çətinlik çəkən vətəndaşlara strukturlaşdırılmış həllər, güzəştlər təqdim olunmalıdır.

5. Əhalinin pul və pul alətlərindən düzgün inkişafını təmin etmək üçün maliyyə savadlılığının artırılması vacibdir. Bu isə ilk olaraq orta məktəblərdə, universitetlərdən başlanmalıdır. Məktəblərdə və universitetlərdə maliyyə savadlılığı dərsləri keçirilməli, KİV və sosial şəbəkələrdə maarifləndirici layihələr təşkil olunmalıdır.

6. Bütün bunlarla yanaşı ən vacib olan məsələlərdən biri isə dövlətin bu sahəyə olan nəzarətinin artırılmasıdır. Mərkəzi Bank və digər səlahiyyətli qurumlar bankların fəaliyyəti üzərində nəzarəti daim gücləndirməlidir.

Qanuna uyğun olmaya hallar aşkarlanarsa, dərhal ciddi tədbirlər görülməlidir. 

Həlli lazım olan bu msələlər həyata keçirilərsə, vətəndaşların banklara etibarının çoxalması mövzusunda bir çox problemlər həll edilmiş olar.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin