BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68082

Son illər Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) fəaliyyətini genişləndirərək kiçik biznesə və insanlara kreditlər təqdim edir. Lakin bu təşkilatların verdikləri kreditlərin faizləri banklara nisbətən daha yüksəkdir. Bu vəziyyət bir çox müştərilər üçün narahatlıq doğurur və gələcəkdə ağır yükə çevrilir. 

BOKT-lar müştərilərə kredit vermək və maliyyə xidmətləri göstərmək üçün fəaliyyət göstərən qurumlardır. Onlar əmanət qəbul etmədikləri və nisbətən az maliyyə resurslarına sahib olduqları üçün kredit faizlərini müəyyən edərkən daha yüksək riskləri nəzərə alırlar. 

Modern.az Azərbaycanda fəaliyyət göstərən bir neçə BOKT-un kredit şərtlərini araşdırıb. Məlum olub ki, BOKT-larda kredit məbləği 100 manatdan başlayır 150 000 manatadək artır. Faizlər geniş diapazonludur.  15%-dən başlayaraq 42%-dək dəyişir. 

Banklar adətən kredit faizlərinin minimum həddini göstərir, məsələn “10 faizdən başlayaraq” kimi ifadələrlə təqdim edirlər. BOKT-larda isə əksər hallarda belə olmur, dərəcələr minimum və maksimum faizlərlə  ifadə olunur. Məsələn, 15-35 faiz. Müştəriyə bu faizlərin hansının təqdim olunması qiymətləndirmədən sonra məlum olur. 

Kreditlərin məbləği o qədər də yüksək olmur. Düzdür 150 min manatadək kredt təklif edənlər var. Amma əksər BOKT-ların təklif etdiyi məbləğ  1000-50000 manat arasında dəyişir. 

Banklarla müqayisədə BOKT-lar bahalı kredit təklif etsə də komissiya bəzi hallarda tutulmur. Komissiya tutan kredit təşkilatları 1-5 faiz arasında xidmət haqqı alırlar. 

Müştəri üçün hansı sərfəlidir, bankdan, yoxsa BOKT-dan kredit götürmək?

Fərz edək ki, müştərtiyə 10 min manat lazımdır. Bank ona krediti 3 il müddətinə orta hesabla 18 faizlə, BOKT isə 30 faizlə verir. 

Əgər müştəri pulu bankdan götürübsə hər ay 361 manat 52 qəpik ödəməli olacaq. Müddıətin sonundan müştərinin bankla ödəyəcəyi təkcə faizlər 3014 manat 86 qəpik təşkil edəcək. 

Kredit BOKT-dan götürülübsə onda kreditin aylıq məbləği 424 manat 52 qəpik təşkil edir. Müştərinin müddətin sonunda banka ödədiyi faizlər 5282 manat 57 qəpik olacaq. Beləliklə müştəri faiz fərqindən bankla müqayisədə Bokt-lara 2267 manat 71 qəpik əlavə pil ödəməlidir. 

Niyə insanlar BOKT-lara üz tutur? 

BOKT-lar müştərilərə banklarla müqayisədə daha çevik və sürətli kredit şərtləri təklif edir. Banklardan kredit götürməkdə çətinlik çəkənlər BOKT-lara üz tutur. Çünki burada kreditlərə tələblər nisbətən sadədir. Amma şərtlər daha ağırdır. 

Bu təşkilatlıar əksər hallarda daşınmaz əmlak , qızıl. Nəqliyyat vasitləri vəs. kimi girovlar tələb edir. Əksər hallarda risklər əsas gətirilərək girovlar aşağı qiymətləndirilir. Məsələn qızıl girov qoyularkən “lom” qiymətinə götürülür. Son vaxtlar BOKT-lar tərəfindən ayrılan kreditlərin həcminin artmasının bir səbəbi də dünya bazarlında qızılın bahalaşmasıdır. Son 1 ildə dünya bazarında qızıl əhəmiyyətli dərəcədə artıb. Bank olmayan kredit təşkilatlarının mütəxəssisləri bildirir ki, bu onlara kredit məbləğinin 30 faizədək artırmağa imkan verib. 

Avtomobil girovu ilə kredit şərtləri çox ağırdır. Məsələn kimsə avtomobili girov qoyub 10000 manat kredit götürürsə azı 1500 manat əlavə xərcləri çıxacaq. Bura avtomobilin mülkiyyəti və qeydiyyatı ilə bağlı xərclər aiddir.  başqa sözlə müştər bəri başdan 15 faiz itirir. Əgər kredit 25 faizlə verilirsə onda müştərinin ümumi itkiləri 40 faizə çatır.  

BOKT-ların da öz arqumenti var - yüksək risk yüksək faiz deməkdir

BOKT-lar kreditlərin banklara nisbətən baha olmasını belə əsaslandırır. Omnlar hesab edirlər ki, banklardan fərqli olaraq əmanətləri qəbul etmədikləri üçün daha az maliyyə resurslarına sahibdirlər. Banklar öz müştərilərindən topladıqları əmanətlərdən və digər maliyyə mənbələrindən istifadə edərək daha ucuz maliyyə vəsaitlərinə çıxış əldə edirlər. BOKT-lar isə borc almalı və ya sərmayə qoyanlardan əlavə maliyyə cəlb etməli olurlar. Bu da onların maliyyə xərclərini artırır və nəticədə yüksək faizlər təklif etməyə məcbur edir.
BOKT-lar, kreditləri əsasən daha yüksək risk qrupundakı müştərilərə verir, çünki onlar əmanətləri qəbul etmədikləri üçün banklar kimi güclü maliyyə dayanıqlılığına malik deyillər. Ayrıca, BOKT-ların müştəri təhlilində banklar kimi geniş məlumat bazaları və resurslar yoxdur. Bu da onların kredit portfellərini idarə etməkdə əlavə çətinliklər yaradır.

BOKT-ların müştəri bazası əsasən kredit tarixçəsi zəif olan və ya banklar tərəfindən qəbul edilməyən müştərilərdən ibarətdir. Bu müştərilərin kredit almaq imkanı məhdud olduğundan BOKT-lar onlara kredit vermək üçün daha yüksək faizlər təklif edir. 

BOKT-lara yeni tələblər qoyulub

Ötən ilin sonunda BOKT ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Mütəxəssislərin fikrincə,  yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək. Bu dəyişikliklər Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda ilk dəfə qısamüddətli kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər.

BOKT-lar mənfəətlə işləyir

Azərbaycan Mərkəzi Bankının məlumatına görə ölkədə 93 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bunlardan 36-sı kredit ittifaqlarıdır. Dövlət bank olmayan kredit təşkilatlarının sayı isə 1-dir. Özəl bank olmayan kredit təşkilatlarının 15-i xarici kapitallıdır. Bank olmayan kredit təşkilatlarının filiallarının sayı 304, işçilərinin sayı isə 3546 nəfərdir.

Ötən il BOKT-lar tərəfindən vətəndaşlara və sahibkarlara ümumilijkdə 808 milyon manatdan çox kredit verilib. 1 ildə kreditlərin məbləği 30 faizdən çox artıb. 

Bu təşkilatların ümumi aktivləri 993 milyon manat, cəmi öhdəlikləri 537 milyon manatdır. Ötən il BOKT-ların xalis mənfəəti təxminən 2 dəfə artaraq 157 milyon manat olub. Bu təşkilatlar kifayət qədər rentabelli işləyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin