
19.03.2025 / 18:55
“AyUlduz” İdman Klubunun rəhbərinə “stop” qoyuldu
67399
“AyUlduz” İdman Klubunun rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, klubun dövlət büdcəsinə 5 149 manat borcu yaranıb.
Borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Kənan Hüseynov qurumun ərizəsini təmin edib.
"AyUlduz" İdman Klubunun qanuni təmsilçisi Məmmədova Təhminə Mübariz qızıdır. 2000-ci ildə dövlət qeydiyyatına alınan klubun nizamnamə kapitalı 47 000 manatdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay