
17.03.2025 / 19:35
İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır
67242
Göyçay Rayon İcra Hakimiyyəti “Göyçay Petrol”dan yanacaq alır.
Valyuta.az xəbər verir ki, icra hakimiyyəti ilə şirkət arasında 18 990 manatlıq satınalma müqaviləsi bağlanıb.
Satınalma birmənbə üsulu həyata keçirilib.
İcra hakimiyyətinin şirkətdən hansı növ, hansı marka və nə qədər yanacaq alacağı barədə açıq mənbələrdə məlumat yoxdur.
“Göyçay Petrol” MMC 2003-cü ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1764 manatdır. MMC-nin qanuni təmsilçisi Muradov Fəxrəddin Əzim oğludur.
Fəxrəddin Muradov həm də “ATF” şirkətinin sahiblərindən biridir. ATF vaxtaşırı iri məbləğli tenderlər udduğundan tender kralı kimi tanınır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay