BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67085

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, son 20 il ərzində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində avtomobil yolları şəbəkəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində şəhərdə yeni müasir avtomobil yolları, yol qurğuları, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilərək istifadəyə verilib. Hesabat ilində Bakı şəhərində xüsusilə Bakı-Sumqayıt və Bakı-Lökbatan istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun inşası layihəsi üzrə işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir. Bu istiqamətdə sözügedən problemlərin həllinin Bakı şəhərinin Baş planına uyğun (yerüstü metro xətlərinin çəkilməsi, avtomobil yollarının genişləndirilməsi və alternativ avtomobil yolların tikintisi və s.) mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı dairəvi-1 yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək dairəvi avtomobil yolunun layihə sənədlərinin hazırlanması istiqamətində işlər həyata keçirilir.

Binəqədi-Novxanı avtomobil yolunun layihələndirilməsi, Böyükşor Pirşağı avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində yol qovşağının layihə smeta sənədlərinin hazırlanması (mərhələ 2), Böyükşor yolu, Ziya Bünyadov prospekti, Babək prospekti və 8 Noyabr prospektini birləşdirən yeni magistral avtomobil yolunun layihə smeta sənədlərinin hazırlanması, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində ("Nargilə" kafesinin yanı) yol ötürücüsünün layihələndirilməsi üzrə təkliflər hazırlanıb.

Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planında qeyd olunan istiqamətlər üzrə metro xətlərinin tikintisi nəzərdə tutulmayıb.

Eyni zamanda, Bakının Baş planına əsasən Bakı şəhərində və Abşeron yarımadasının ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması və İctimai nəqliyyatın inkişafı ilə bağlı aşağıda qeyd edilmiş bir sıra prioritet tədbirlər nəzərdə tutulub ki, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt və Lökbatan istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı proqnozlaşdırılır:

- paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxış yolunun yaradılması;

- xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqi ilə M-1, M-2 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə "Xarici dairəvi yolu-Böyükşor-Ziya Bünyadov prospekti" yeni həlqəvi marşrutunun, habelə "Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı" kənar xarici həlqəvi yolunun və "Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu" yeni xarici həlqəvi yolunun yaradılması;

- "Bakı-Sumqayıt şossesi"ndə, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Xocasən qəsəbəsindən keçməklə Yasamal rayonu ərazisində "Xarici dairəvi yol" ilə birləşdirən paytaxtın strateji 3-cü şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması;

- "Lökbatan-Xocasən" həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə "Zığ-Hövsan" şosesini birləşdirən yeni həlqəvi avtomobil yolunun, o cümlədən Bülbülə gölünün qərbindən keçməklə Sabunçu dairəsi ilə Zığ şosesini birləşdirəcək yeni həlqəvi şəhər magistralının yaradılması.

Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 292s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda 2024-2028-ci illər ərazində avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması ilə bağlı ümumilikdə 541 sayda tədbir nəzərdə tutulmuşdur ki, bunlardan 271 ədədi Bakı şəhərində və Abşeron rayonu ərazisində həyata keçirilməli olan tədbirlərdir. Vahid Fəaliyyət Planında 2024-cü il ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə nəzərdə tutulmuş 146 tədbirin 26 ədədi yeni küçə-yol şəbəkəsinin, o cümlədən müxtəlif yol ötürücülərinin inşası, 120 ədədi isə mövcud küçə və yolların təmiri və yenidən qurulması ilə bağlı olub.

Sözügedən Vahid Fəaliyyət Planında (Tədbirlər Planının 8.1.3.1.4-cü yarımbəndi) 2024-2027-ci illər ərzində "Bakı-Sumqayıt" yeni magistral avtomobil yolunun inşası nəzərdə tutulub. Qeyd edilən tədbirin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı gözlənilir.

©apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin