BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
66565

Müasir dünyada iş və şəxsi həyat arasında balans yaratmaq bir qədər çətin məsələdir desək, yanılmarıq. Hətta bəzi insanlar müxtəlif səbəblərə görə iki işdə çalışırlar. Bu da onların iş və şəxsi həyat arasındakı balansı pozur. İnsanların iş mühitində ən çox şikayətləndiyi nüanslardan biri də “ işdən özümə vaxt ayıra bilmirəm” düşüncəsidir. Nə edək ki, işlə şəxsi həyatımız arasındakı balansı qoruyaq?

Valyuta.az işlə şəxsi həyatı balanslaşdırmağın yollarını sizin üçün araşdırdı. 

İş və şəxsi həyatı balanslaşdırmaq üçün vaxtı düzgün idarə etmək vacibdir. Nəzərə almalıyıq ki, hər şey eyni anda vacib deyil, hansı tapşırıqların daha önəmli olduğuna nəzər salmaq daha effektiv ola bilər. Vaxtı idarə etmək üçün gündəlik və həftəlik planlar qurmaq iş və şəxsi həyat arasında vaxtı bölməyə yardım edir. Yəqin ki, “pomodoro” texnikasını eşitmisiniz. Bu texnika vasitəsi ilə 25 dəqiqə işə fokuslanıb, 5 dəqiqə fasilə edərək daha effektiv çalışmış olacaqsınız. Başqa bir metod isə “eisenhower matrisi" istifadə etməkdir. Təcili və vacib tapşırıqları ayırd etmək üçün bu metodu tətbiq etmək olar.

İş və şəxsi həyatı balanslaşdırmağın bir digər yolu sərhədlər təyin etməkdir. Bunun üçün iş və ev zonanızı ayırın. Məsələn, bəzi insanlar işdən sonra iş mesajlarını cavablandırmayaraq, şəxsi vaxtını qurban verməmək üçün “xeyr” deməyi öyrənərək  bu metoddan istifadə edir. Təbii ki, bunları etməyin sizi yorub-yormamasına baxa bilərsiniz. 

Bir çoxlarımız nə işdən əvvəl, nə də sonra idmanla məşğul olmuruq. Amma həm işin, həm də günün stresindən uzaq olmaq üçün enerji artıracaq bir digər seçim idman etməkdir. Bundan əlavə iş və şəxsi həyatda balans tarazlığında sağlam qidalanma, yetərli yuxu da önəmli rol oynayır. Sağlam qidalanma yorğunluğu azaldır və məhsuldarlığı artırır, yuxu keyfiyyəti isə iş performansını və şəxsi həyat keyfiyyətini yaxşılaşdırır.

İş və şəxsi həyat arasında balans yaratmaq üçün yalnız vaxtı düzgün idarə etmək kifayət deyil. Stressi idarə etmək və psixoloji sağlamlığa diqqət yetirmək də eyni dərəcədə vacibdir. Stresi idarə etmək üçün meditasiya və nəfəs texnikalarından istifadə etmək olar. Belə ki, gündə cəmi 5-10 dəqiqə sakit bir mühitdə nəfəs məşqləri etmək stressi azaldacaq və iş məhsuldarlığına müsbət təsir edəcək. İşdə stresi azaltmaq üçün isə hər 90 dəqiqədən bir qısa fasilə vermək daha məhsuldar işləməyə kömək edəcək. Çünki uzun saatlarla fasiləsiz işləmək beynin yorulmasına səbəb olur. Onu da qeyd edək ki, işdən birbaşa evə getmək yerinə  açıq havada vaxt keçirmək, gəzintiyə çıxmaq və ya parkda oturmaq beyninizi dincəldərək daha müsbət düşünməyə kömək edəcək.

Aydındır ki, insanın işdəki məhsuldarlığını azaldan vasitələrdən biri də özünə vaxt ayıra bilməməsidir. Elə ona görə də, şəxsi həyat və sosial münasibətlərə vaxt ayırmaq sizi emosional cəhətdən daha güclü edəcək. Özününzü yaxşı hiss etdikdə həm işdə, həm də şəxsi həyatınızda daha aktiv olacaqsınız. Ancaq iş mühitində olmaq, yaxud da ancaq özününüzə vaxt ayırmaq yerinə balansı qorumaq  peşəkar uğur qazanmağa, həm də şəxsi həyatınızı dəyərləndirməyə imkan yaradacaq.

Nəticədə daha sağlam, xoşbəxt və məhsuldar bir həyat tərziniz olacaq. Ona görə də nə ancaq iş mühitində qalmaq , nə də ancaq özünüzə vaxt ayırmaq yerinə balansı doğru şəkildə tərtib etməyə çalışa bilərsiniz.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin