“İpək Yolu Sığorta” ötən il kiçilib, gəlirləri 2 dəfədən çox azalıb

Redaktor

19.02.2025 09:43
446

“İpək Yolu Sığorta” ötən il kiçilib, gəlirləri 2 dəfədən çox azalıb

“İpək Yolu Sığorta” ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, ötən il gəlirlərinin kəskin azalmasına baxmayaraq sığorta şirkəti ili yüksək mənfəətlə başa vurub.  “İpək Yolu Sığorta”nın 2024-cü il üzrə mənfəəti 1,58 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,3 dəfə çoxdur. 

Maraqlıdır ki, mənfəətin kəskin artması fonunda sığorta şirkətinin gəlirləri 2023-cü ildəki 19,8 milyon manatdan ötən il 9,2 milyon manata enib. Bu isə 2,2 dəfə azalma deməkdir. Bununla belə, xərclər də kəskin azalıb və 19 milyon manatdan 7,25 milyon manata enib. Nəticə olaraq “İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 1,96 milyon manata bərabər olub ki, bu da 2023-cü ilə nisbətən 2,3 dəfə çoxdur. 2023-cü ildə bu rəqəm 836,5 min manat təşkil edib. 

Mənfəəti üzgüldürən olsa da, ümumilikdə sığorta şirkəti ötən il kiçilib. 1 yanvar 2025-ci il tarixinə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 23,39 milyon manat təşkil edib ki, bu da son bir ildə 26,5 % azalma deməkdir. 

Bundan əlavə, şirkətin cəmi öhdəlikləri 57% azalaraq 7,05 milyon manata enib. Cəmi kapitalı isə 5,8% artaraq 16,3 milyon manata yüksəlib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...