30.01.2025 / 16:15
Şaftalı bağlarının sığortasına başlanıldı
64090
İntensiv qulluq sayəsində tez bara düşən və yüksək məhsuldarlığa görə qazanclı sahə sayılan şaftalı bağlarının sığortasına başlanılıb.
Valyuta.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, şaftalı bağları çoxsaylı risklərdən, xüsusilə şaxtavurma, qasırğa, dolu və doludan keyfiyyət itkisindən sığortalanır.
Fermerlər və bağ sahibləri vaxtında Fonda müraciət etməklə temperatur dəyişkənliklərinə həssas olan şaftalı bağlarını belə risklərdən sığortalaya bilərlər.
Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən tanış olmaq olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay