20-dən çox sərnişin təyyarədəki nasazlığa görə Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib
Rusiyanın "İrAero" aviaşirkətinin Krasnoyarsk-Bakı reysini yerinə yetirən təyyarəsinin kondisioner sisteminin təmirindən sonra uçuşa hazırlıq zamanı zolaqda mühərriki sönüb.
Bu barədə Krasnoyarskın TVK televiziya kanalına istinadən xəbər verilir.
Məlumata görə, İO 473 nömrəli reys yerli vaxtla saat 07:25-də yola düşməli idi.
Şahidlərin sözlərinə görə, təyyarənin təmiri səbəbindən sərnişinlər hava limanında təxminən iki saat saxlanılıb. Daha sonra onlar yenidən eyni təyyarəyə mindirilərək uçuş zolağına çıxıblar, lakin təyyarənin mühərriki sönüb.
Hava limanının mətbuat xidmətindən bildirilib ki, hava gəmisində həqiqətən texniki nasazlıq olub və bu aradan qaldırılıb. Saat 13:55-də uçuş zolağına hərəkət edərkən təyyarə saz vəziyyətdə olub, lakin beş nəfərlik ailənin uçuşdan imtina etməsi səbəbindən geri qayıdıb.
Bununla belə, yekunda təyyarə yenə də uçuşu həyata keçirilib, lakin 22 sərnişin uçuşdan imtina edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay