"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

Redaktor

30.01.2025 20:30
331

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

Populyar mesajlaşma platforması "WhatsApp"ın "bir dəfə baxış" funksiyasında aşkar edilən bir xəta göndərilən medianın "bir neçə dəfə" görüntülənməsinə səbəb olub.

Valyuta.az xəbər verir ki, "WhatsApp" istifadəçilərə bir foto və ya videonu göndərdikdən sonra onun qarşı tərəf tərəfindən bir dəfə baxıldıqdan sonra silinməsini təmin edən bir xüsusiyyət təqdim edir. Lakin iOS əməliyyat sistemində aşkarlanan bir xəta bu məzmunların istənildiyi qədər açılıb baxılmasına imkan yaradır.

Siber təhlükəsizlik araşdırmaçısı "Ramshath" tərəfindən ötən həftə aşkarlanan bu xətanı istismar etmək üçün heç bir texniki bilik tələb olunmur. Əgər sizə "bir dəfə baxış" rejimində media göndərilibsə, sadəcə aşağıdakı addımları yerinə yetirmək kifayətdir:

- Ayarlar > Saxlama və Məlumat > Saxlamanı idarə et bölməsinə keçin.

Sonra mesaj göndərən şəxslə olan söhbəti tapıb, məzmunları "ən yeniyə görə" sıralayın.

Burada "bir dəfə baxış" üçün göndərilmiş medianın hələ də saxlandığını görəcəksiniz.

Xəta yalnız "iPhone" istifadəçilərinə təsir edir. Dünyada "iPhone" istifadəçilərinin sayı nəzərə alındıqda, bu problem "WhatsApp"ın ana şirkəti "Meta" üçün ciddi bir məxfilik xətası hesab olunur.

"Ramshath" bu problemi "Meta"nın "xəta mükafatı" proqramı vasitəsilə şirkətə bildirdiyini və şirkətin problemdən xəbərdar olduqlarını və düzəltmək üçün işlədiklərini açıqladığını bildirib. Şirkət problemi həll etdiyini elan edib və "WhatsApp"ın iOS üçün 25.2.3 versiyasında xətanın aradan qaldırıldığı bildirilib.

İstifadəçilərə tətbiqi ən son versiyaya yeniləmələri tövsiyə olunur, xüsusilə də "bir dəfə baxış" rejimində göndərdikləri medianın həqiqətən də yalnız bir dəfə baxılmasını istəyirlərsə.

Bu, "WhatsApp"ın "bir dəfə baxış" funksiyası ilə bağlı ilk problemi deyil. 2024-cü ilin sentyabr ayında təhlükəsizlik araşdırmaçıları "silinmiş" medianın URL ünvanı vasitəsilə yenidən əldə edilə bildiyini aşkar etmişdi. "WhatsApp" həmin problemi də sonradan həll etmişdi.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...