"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Redaktor

30.01.2025 21:40
201

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

"Honda" və "Nissan" 2024-cü ildə qlobal avtomobil satışlarının azalması və bazar paylarının düşməsi fonunda birləşmənin zəruriliyini vurğulayır. Hər iki şirkət Çin markaları ilə daha effektiv rəqabət aparmaq üçün qüvvələrini birləşdirmək məcburiyyətində qala bilər.

Valyuta.az xəbər verir ki, "Honda"nın ötən il satışları 4,6% azalaraq 3,8 milyon ədədə, istehsalı isə 11% enərək 3,7 milyon avtomobilə düşüb. "Nissan"da da vəziyyət fərqli deyil: 12 aylıq dövrdə satışlar 0,8% azalaraq 3,3 milyon, istehsal isə 8,7% geriləyərək 3,1 milyon avtomobilə enib.

Hər iki avtomobil istehsalçısının cümə axşamı açıqladığı illik hesabatlar göstərir ki, "Honda" "Nissan"ı öz strukturu altına daxil edərək daha böyük bazar payına sahib olmaq istəyir. Bu birləşmə, nəzəri olaraq, dünya avtomobil sənayesində yeni bir güc mərkəzi formalaşdıra bilər.

Çinli BYD ilə mübarizə aparmaq çətindir

Hər iki şirkət ayrı-ayrılıqda Çinin avtomobil nəhəngi BYD-nin ötən il satdığı 4,3 milyon avtomobilə rəqabət apara bilmir. Lakin birləşmə baş tutarsa, birlikdə ciddi bir güc formalaşdıra bilərlər.

"Honda" və "Nissan" dekabr ayında hər iki markanı eyni holdinq altında birləşdirməyi planlaşdırdıqlarını açıqlayıb. Əgər "Mitsubishi Motors" da bu birliyə qoşulsa, şirkətlər hər il 8 milyon avtomobil satmaq gücünə sahib olacaq.

Bu, birliyi keçən il 10,8 milyon avtomobil satan "Toyota" və 9 milyon avtomobil satan "Volkswagen" kimi nəhənglərin yanına gətirə bilər.

Lakin bu əməkdaşlıq hələ tam razılaşdırılmış bir müqavilə deyil. "Nissan"ın yaşadığı maliyyə böhranı, "Honda"nı ehtiyatlı olmağa məcbur edir. Şirkətin açıqladığı xərcləri azaltmaq planlarının kifayət edib-etməyəcəyi isə qeyri-müəyyəndir.

"Nissan" ciddi böhranla üzləşib

"Nissan" ABŞ-dakı iki montaj zavodunda növbəli iş sistemini ləğv etmək və kadr ixtisarları ilə saatlıq işçi sayını azaltmaq kimi addımlarla strateji planlarını açıqlayıb. Lakin fabriklərin bağlanmasını açıq şəkildə rədd etməsi, "Honda"nın qərar verməsini çətinləşdirə bilər.

"Nissan" və "Honda" üçün ən kritik bazarlardan biri olan Çində vəziyyət daha da ağırdır:

- "Nissan"ın Çin satışları 12%, istehsalı isə 14% azalıb.
- "Honda"nın istehsalı 35%, satışları isə 30% geriləyib.

Bu rəqəmlər, Çin bazarında yerli markalar və "Tesla" ilə artan rəqabətin "Honda" və "Nissan" üçün ciddi problemlər yaratdığını göstərir.

"Renault" da işə qarışdı

Eyni zamanda "Nissan"ın 36%-lik hissəsinə sahib olan Fransız avtomobil istehsalçısı "Renault" bu həftə Yaponiyaya nümayəndələr göndərərək tərəfdaşlıqla bağlı narahatlıqlarını ifadə edib. "Renault" rəhbərliyi "Nissan"dakı paylarının real dəyərinin tam şəkildə tanınmasını tələb edib.

"Nissan"ın çətin vəziyyətdə olması şirkəti kütləvi ixtisarlara getməyə məcbur edib.

Noyabr ayında açıqlanan zəif maliyyə nəticələri fonunda "Nissan" 9 min işçini ixtisar etməyi və istehsal gücünü 20% azaltmağı planlaşdırdığını açıqlayıb.

ABŞ və Çin bazarlarındakı zəif satışlar səbəbindən "Nissan" 31 martda başa çatacaq maliyyə ili üçün illik mənfəət proqnozunu 70% aşağı salmağa məcbur olub.

Bu çətinliklər fonunda "Honda" və "Nissan"ın birləşməsi artıq qaçılmaz görünür. Bununla belə, tərəflər arasında hələ də həll olunmalı maliyyə və strateji məsələlər qalır. Gələcəkdə "Mitsubishi"nin də bu ittifaqa qoşulması, yeni bir qlobal avtomobil nəhənginin yaranmasına səbəb ola bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...