"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

Redaktor

30.01.2025 17:38
1,269

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Apple"ın yeni "iPhone" modelləri ilə bağlı şayiələr demək olar ki, "iPhone"un özü qədər populyardır. Şirkətin rəsmi açıqlama vermədən sükutunu qoruması, bu cür sızıntıların və ehtimalların daha da maraqlı olmasına səbəb olur. 

Valyuta.az xəbər verir ki, "iPhone 16" hələ təqdim olunmamışkən "iPhone 17" seriyası ilə bağlı məlumatların yayılması isə təəccüblü deyil.

Qeyd edək ki, aşağıdakı məlumatlar rəsmi təsdiq olunmayıb və "Apple" istənilən vaxt planlarını dəyişə bilər.

"iPhone 17"nin çıxış tarixi

"Apple" ənənəvi olaraq yeni "iPhone" modellərini sentyabr ayının ikinci həftəsində, adətən çərşənbə axşamı günü təqdim edir. Bu ənənə davam edərsə, "iPhone 17" seriyasının 9 sentyabr 2025-ci ildə təqdim olunacağı gözlənilir.

Əvvəlki "iPhone" təqdimat tarixləri:

iPhone 16 – 20 sentyabr 2024
iPhone 15 – 12 sentyabr 2023
iPhone 14 – 7 sentyabr 2022
iPhone 13 – 14 sentyabr 2021
iPhone 12 – 13 oktyabr 2020 (COVID-19 səbəbindən gecikdi)

"Apple"ın keçmiş buraxılış planlarına əsasən, ön sifarişlər təqdimatdan sonrakı cümə günü açılır və cihazlar bir həftə sonra, cümə günü müştərilərə çatdırılır. Bununla belə, bəzi modellərdə istehsal gecikmələri yaşana bilər.

"iPhone 17"nin qiyməti necə olacaq?

Hazırda "Apple" yeni "iPhone" seriyasının qiymətləri ilə bağlı rəsmi məlumat açıqlamayıb, lakin bəzi sızıntılara əsasən "iPhone 17" seriyasına yeni bir "Slim" modelinin əlavə olunacağı və bu modelin "iPhone 17 Pro Max"dan daha bahalı olacağı iddia edilir.

Sözügedən sızıntıya görə "iPhone 17" seriyasının ehtimal olunan qiymətləri belə ola bilər:

Qeyd: Bu qiymətlər ABŞ bazarına aiddir. Azərbaycan bazarında isə vergi (ƏDV, ÖTV və s.) səbəbindən qiymətlər daha yüksək ola bilər.

Bu siyahıya əsasən:

* "Pro" modeli 100$ bahalaşa bilər.
* Yeni "Slim" modeli, "Plus" modelinin yerini alaraq "iPhone 17 Pro Max"dan 100$ baha ola bilər.
* "Apple"ın ümumi qiymət strategiyasında artım ola bilər.

"iPhone 17"də hansı yeniliklər gözlənilir?

Ekran: "Apple"ın bütün "iPhone 17" seriyasını LTPO texnologiyalı ekranlarla təchiz edəcəyi gözlənilir. Bu, əsas modeldə belə 120 Hz ProMotion texnologiyasının olmasına işarə edə bilər.

 Batareya: Daha incə dizayna sahib "Slim" modelinin digər modellərdən daha kiçik batareyaya malik olacağı düşünülür.

Kamera: "iPhone 17 Pro Max" modelində yeni periskop linzalı telefoto kamera və təkmilləşdirilmiş sensör əsaslı stabilləşdirmə ola bilər.

Dizayn: "iPhone 17 Slim" modelinin incə və yüngül olacağı, "Apple"ın yeni premium modeli kimi təqdim ediləcəyi bildirilir.

"iPhone 18 Pro" necə olacaq?

2026-cı ildə çıxacağı gözlənilən "iPhone 18 Pro" ilə bağlı bəzi erkən iddialar var.

Dəyişkən diyaframlı kamera: "Apple"ın əsas kamerada dəyişkən diyafram texnologiyasını tətbiq edəcəyi və bunun daha keyfiyyətli foto və videolar çəkməyə imkan verəcəyi deyilir.

Daha nazik və güclü dizayn: Bəzi mənbələrə görə, "iPhone 18 Pro" Titan çərçivə ilə gələcək və ekran texnologiyasında əhəmiyyətli yeniliklər olacaq.

Qabaqcıl çipset: "Apple"ın A20 və ya A21 çipseti ilə daha güclü performans və enerji səmərəliliyi təqdim edəcəyi ehtimal olunur.

Batariyada inqilabi dəyişiklik: "Apple"ın yeni qatı hal batareya texnologiyası üzərində işlədiyi və "iPhone 18"də ilk dəfə istifadə ediləcəyi bildirilir.

Nəticə: "iPhone 17" almağa dəyərmi?

Əgər "iPhone 15" və ya daha əvvəlki modelləri istifadə edirsinizsə, "iPhone 17"nin təkmilləşdirilmiş çipset, kamera və ekran texnologiyaları baxımından yaxşı bir yeniləmə ola biləcəyi düşünülür.

Lakin "iPhone 16"nın təkmilləşdirilmiş bir versiyası olacağı gözlənildiyi üçün, çox böyük bir fərq olmayacağı da ehtimal edilir. Son qərar üçün "Apple"ın rəsmi təqdimatını gözləmək lazımdır!

Paşa Məmmədli

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...