​9-6 rejimində işləyib uğurlu olmaq mümkündür?

Redaktor

30.01.2025 11:15
543

​9-6 rejimində işləyib uğurlu olmaq mümkündür?

Bir çox iş insanı iş və şəxsi həyat arasında balansı saxlamaq üçün işdən sonra və digər istirahət zamanlarında işləməyi saxlayırlar və ancaq özlərinə vaxt ayırırlar. “İş saatı deyilsə, müdirin zəngini açmaya bilərəm” yanaşmasına sahibdirlər. Beynəlxalq təcrübədə bu sistemin çalışdığını görsək də, lakin ölkəmizdə bu yanaşma özünü doğrultmur və bu yanaşmaya fərqli baxılır. Çox çalışmağın karyera və uğura böyük təsir göstərdiyini düşünürlər. Bu yanaşmanın karyera üçün mənfi təsirləri varmı və nələrdir? Ölkəmizdə niyə bu yanaşma özünü doğrultmur?

     Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun: 

İdarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, karyerada irəliləmək istəyirsinizsə, məsələyə tam olaraq “6-dan sonra sizin şəxsi vaxtınızdır” kimi yanaşmaq doğru deyil: “Son zamanlar sosial mediada iş və şəxsi həyat haqqında təəccübləndirici şüarlar oxuyuram. Saat 6-dan sonra sizin şəxsi vaxtınızdır, istirahət vaxtı iş telefonuna baxmayın,  həftə sonları işləmək qəbuledilməzdir, bayramda işləməyin və.s. Bu cür düşünənlərə qarşı belə bir sual yaranır: “Bəs sən nə edəcəksən?” Bütün bu fikirlər iş həyatı, xüsusilə də karyera quranlar üçün zidd görünməli fikirlər olmalıdır və qəbul edilməməlidir”.

“Real dünya oxuduğumuz şüarlarla dönmür”

Ahmet Kandemir iş həyatında fədakarlığın karyera üçün önəmini vurğulayıb: “Real dünya sosial şəbəkələrdə  paylaşılan şüarlarla dönmür, iş fədakarlıq tələb edir. Çalışmadan, fədakarlıq etmədən,  iş üçün  lazım olduğu halda əlavə əmək sərf etmədən karyera qurmaq olmur. İş həyatı fantastik şərtlərlə formalaşmır və iş həyatını heç kim istədiyiniz fantastik şərtlərə görə qurmayacaq. “Mən 6-dan sonra çalışa bilmərəm”, “Telefona baxa bilmərəm”, “Bayramda çalışmaq qəbuledilməzdir” və s. deyənlər necə uğurlu olacaq? Rəqabətin bu qədər yüksək olduğu bir dünyada, hər kəsin yerini dolduracağı bir mühitdə iş tapmaq, uğurlu olmaq və karyera qurmaq bu fikir və düşüncələrlə olmur”.

“HR” şirkətinin qurucusu, İnsan resursları üzrə konsultant  İlkin Mirzəzadə işçinin və işə götürənin tələblərindən danışıb: “İş prosesi zamanı işçinin də, işə götürənin də gözlənti və tələbləri var. İşçinin gözləntisi odur ki, vaxtlı-vaxtında işləsin, yaxşı əmək haqqı alsın, rəhbərlik onu başa düşsün və.s İşə götürən tərəf isə istəyir ki, işçi işdən sonra əlçatan olsun, iş prosesini düzgün və dəqiq yerinə yetirsin, iş vaxtlarından sui-istifadə etməsin. Əksər şirkətlər işçinin işə daha çox can yandırmasını, əlavə işləməsini istəsə də, bu hal işçilər üçün heç də ürəkaçan olmur, çox işçi bildirməsə də, bu haldan narazı olur. Belə olduğu halda hər iki tərəfdə narazılıq yaranır. Bizim kimi inkişafda olan ölkələrdə isə 9-6 prinsipi ilə işləsək, yavaş-yavaş karyera qura bilərik”.  

“Effektli işləmək çox işləməkdən üstündür”

İnsan resursları üzrə konsultant vurğulayıb ki, işlərində uğur qazanmaq, yaxşı gələcək qurmaq istəyənlər 9-6-dan artıq işləmək məcburiyyətindədirlər: “Təbii ki, burada çox işləməyi qeyd edərkən, boş-boş işləməkdən söhbət getmir. Əsas vacib olan effektli işləməyi bacarmaq, işdə verilən zamanı düzgün idarə edə bilməkdir. Bəzən ola bilər ki, bir insanın 4 saat işləməsi onun 8 saatına bərabər olsun, bəzən isə əksinə, çox işləməsi işlədiyi saatları doldurmaz”.

“9-6 saat məntiqini kənara qoymaq lazımdır”

İ.Mirzəzadə qeyd edib ki, 9-6 saat işləmək düşüncəsini kənara qoymaq lazımdır: “Təbii ki, söhbət öz karyerasını yaxşı qurmaq istəyənlərdən gedir. Bu o demək deyil ki, onlar istirahət vaxtlarından kəsməlidirlər. Bir nüansa fikir verməliyik ki, hamı kimi 9-6 saat işləsək, hamı kimi olacağıq, çox və effektli çalışsaq, fərqli olacağıq. Onu da qeyd edim ki, ölkəmizdə  bayramların sayı həddindən artıqdır, istirahət vaxtlarının sayı qarışıqdır, hətta anormal səviyyədədir. Əgər gələcəkdə yaxşı bir ölkə qurmaq istəyiriksə, çox və effektli işləməyə məcburuq”.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...