AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər

Redaktor

30.01.2025 09:51
4,554

AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər

“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.

                        Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun: 

Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib. 
Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.

Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...