Qəhvə fyuçerslərinin qiyməti yenidən rekord həddə yüksəlib

Redaktor

30.01.2025 09:47
680

Qəhvə fyuçerslərinin qiyməti yenidən rekord həddə yüksəlib

Dünyada "Arabika" qəhvəsinin qiyməti çərşənbə günü rekord həddə – 1 funt üçün 3,60 dolları ötüb. 

Valyuta.Az xəbər verir ki, buna əsas səbəb kimi dünyada ən böyük istehsalçı olan Braziliyada satışa çıxarıla biləcək qəhvə ehtiyatlarının azalması və qarşıdakı məhsul yığımı ilə bağlı narahatlıqların davam etməsi göstərilir.

Satıcıların bildirdiyinə görə, Braziliyanın cari "Arabika" məhsulunun 70-80%-i artıq satılıb və yeni ticarət sövdələşmələri ləng gedir. 

Qeyd edək ki, Braziliya dünyadakı "Arabika" qəhvəsinin təxminən yarısını istehsal edir. Bu qəhvə növü əsasən yüksək keyfiyyətli qovrulmuş və üyüdülmüş qarışıqlarda istifadə olunur.

Ölkədə ötən il baş verən ciddi quraqlıqdan sonra hava şəraiti daha əlverişli olub. Bununla belə, Braziliyanın qida təminatı agentliyi "Conab"ın məlumatına görə, qarşıdakı məhsul ötən illə müqayisədə 4,4% az olacaq.

Qlobal bazarda vəziyyət gərgin olaraq qalır

Qlobal qəhvə ehtiyatları məhdud olaraq qalır. Vyetnam öz "Robusta" məhsulunu ləng satır, Mərkəzi Amerika və Kolumbiyada yığılan "Arabika"nın bazara çıxması gecikir. Braziliyalı fermerlər isə satışa daha çox maraq göstərmirlər”, - deyə "HedgePoint Global Markets" broker şirkəti çərşənbə günü açıqlama verib.

Dünya üzrə fiziki qəhvə ticarətində əsas göstərici kimi istifadə olunan "ICE" birjasında "Arabika" qəhvəsi fyuçerslərinin qiyməti gün ərzində 1 funt üçün 3,6945 dollara qədər yüksəlib və bununla da ilin əvvəlindən bəri təxminən 15% artım qeydə alınıb. Daha sonra fyuçerslər 2,5% bahalaşaraq 1 funt üçün 3,6655 dollardan bağlanıb.

Adətən instant qəhvə istehsalında istifadə olunan və daha ucuz sayılan "Robusta" qəhvəsinin qiyməti isə 0,9% bahalaşaraq metrik ton üçün 5 609 dollara çatıb.

Dünyanın beşinci ən böyük "Robusta" istehsalçısı olan Hindistandan qəhvə ixracının 2025-ci ildə 10%-dən çox azalacağı gözlənilir. Buna səbəb istehsalın azalması və keçən mövsümdən qalan ehtiyatların tükənməsidir.

Satıcıların sözlərinə görə, Hindistan və Vyetnamdakı fermerlər qiymətlərin daha da artacağı ümidi ilə satışları ləngidirlər. Braziliyada isə cari məhsulun 80-90%-i artıq satılıb.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...