BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63824

Son günlər bizə olan müraciətlər arasında nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilməsi, yoxsa birbaşa artırılacağı ilə bağlı suallar üstünlük təşkil edir. Yəni, hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq?

Valyuta.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov məsələyə aydınlıq gətirib.

Belə ki, “Əmək Pensiyları” haqqında Qanunda bu məsələ öz əksini tapıb. Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər iksinin tətbiqi mümkündür. Aydınlıq üçün izahatı keyslər üzərindən təqdim edək:

1. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğından çox olacaq.

2. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ- 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq.

3. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırılaraq 320 manata çatıdırılacaq. Bütövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırsa o rəqəmlər gələn aydan birbaşa 320 manata çatıdırılacaq. Çünki gələn aydan 320 manatdan az pensiya olmayacaq. Deməli, bu halda indeksləşdirmə tətbiq olunmur, birbaşa artım şamil edilir.

Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin