“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

Redaktor

13.01.2025 11:02
22,671

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

“Azər-Türk Bank”ın rəhbərliyi 2024-cü ilin ilk altı ayında 736 min manat gəlir əldə edib.
 
Valyuta.az xəbər verir ki, bank 2023-cü ilin ilk yarısı üzrə müvafiq rəqəmləri açıqlamadığı üçün müqayisə aparmaq mümkün olmayıb. Bununla belə, 2023-cü il üzrə  ATB rəhbərliyinin gəlirlərinin 1 milyon 18 min manat təşkil etdiyi məlumdur. 

Bankın rəhbərliyinin gəlirlərinin ümumi işçi heyətinə ödənişlərdə çəkisi isə 5,4 % təşkil edib. Belə ki, ATB işçilərinə 2024-cü ilin yanvar-iyun aylarında 13 milyon 649 min manat ödəniş edib. 
 
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən ödəmələrin 145 min manatı sosial ödəmələrə yönəldilib. Ödənişlərin 591 min manatını isə əməkhaqları təşkil edib. 
 
Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Ruslan  Əlixanov, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir. 
 
Bu isə o deməkdir ki, 2024-cü ilin ilk yarısında bank rəhbərliyində təmsil olunan hər bir şəxsin ortalama gəliri 92 min manat təşkil edib. 
 
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...