Cef Bezos və Elon Maskın 90 dəqiqədə təbiətə vurduğu ziyan - Digər insanlarla müqayisə

Redaktor

30.10.2024 17:20
437

Cef Bezos və Elon Maskın 90 dəqiqədə təbiətə vurduğu ziyan - Digər insanlarla müqayisə

“Oxfam” beynəlxalq yardım təşkilatının bu həftə dərc etdiyi hesabata görə, Elon Mask və Cef Bezos da daxil olmaqla, dünyanın 50 ən zəngin milyarderinin dəbdəbəli həyat tərzi və investisiyalarının səbəb olduğu karbon emissiyaları ilk dəfə açıqlanıb. Hesabatdakı tapıntılar texnologiya dünyasının aparıcı adlarının ekoloji ritorikasının arxasındakı həqiqəti ortaya qoyur.

Elon Mask və Bezos sadəcə nümunədir...

Araşdırmaya görə, super zənginlərin dəbdəbəli həyatlarının cəmi 90 dəqiqəsi ərzində buraxdıqları karbonun miqdarı adi bir insanın həyatı boyu buraxdığı karbon emissiyasına bərabərdir. Oxfam Beynəlxalq Direktoru Amitabh Behar deyib: “Bu, sadəcə olaraq ədalətsizlik deyil, bu, planetimizdə həyatı təhdid edən ölümcül vəziyyətdir” .

Hesabat xüsusilə Elon Mask və Cef Bezosun karbon ayaq izlərinə diqqət çəkir. Maskın iki şəxsi təyyarəsinin bir il ərzində buraxdığı 5 497 ton karbon qazı orta insanın 834 il ərzində atdığı karbon qazına bərabərdir. Bezosun reaktiv donanması ildə 2 908 ton karbon buraxır.

Bununla belə, əsl təəccüblü məlumatlar milyarderlərin investisiya portfellərindən gəlir. Tədqiq olunan 50 milyarderin investisiyalarının təxminən 40 faizi neft, mədənçıxarma və nəqliyyat kimi yüksək çirkləndirici sektorlara aiddir. Bu investisiyalar nəticəsində yaranan emissiyalar şəxsi təyyarələrin və yaxtaların ümumi emissiyalarının 340 qatına çatır.

“Oxfam”ın hesablamalarına görə, ən zəngin 1 faizin emissiyaları 1990-cı ildən bəri iqlim dəyişikliyi səbəbindən qlobal iqtisadi məhsulun 2,9 trilyon dollar azalmasına səbəb olub. Üstəlik, bu emissiyalar hər il 14,5 milyon insanı qidalandıra biləcək məhsul itkiləri ilə nəticələndi.

“Oxfam” rəsmiləri super zənginlərin emissiyalarını məhdudlaşdırmağa, karbon vergilərini artırmağa və iqtisadi sistemin yenidən qurulmasına çağırır. Bununla belə, təşkilatın sözçüsü Annie Theriaultun sözlərinə görə, şəxsi təyyarələrə qarşı etirazlar və bəzi zənginlərin vergilərin artırılmasına dəstək verməsi də son vaxtlar diqqət çəkən hadisələrdir.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...