BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
56936

Dövlət qulluğuna qəbul olmaq üçün oktyabrın 6-da keçirilən test imtahanının nəticəsi elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il oktyabrın 6-da inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib. Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2242 namizəddən 54 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 102 nəfər, BB2 altqrupu üzrə 108 nəfər, BB3 altqrupu üzrə 177 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 739 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il oktyabrın 8-dən 21-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8 oktyabr saat 10:00-dan 10 oktyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Araz Mehdiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

"Apple" "Siri"yə görə yeni funksiyaları vaxtından əvvəl elan etməyəcək

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı- Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı

"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

DTX əməliyyat keçirdi - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldı -VİDEO

"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin