Bakıda mənzillər niyə bahalaşır?

Redaktor

11.09.2024 10:22
488

Bakıda mənzillər niyə bahalaşır?

Paytaxtda binalardakı mənzillərin və fərdi yaşayış evlərinin qiyməti hər keçən gün artır. Hazırda köhnə binalarda belə aşağı qiymətə ev tapmaq mümkün deyil. Son illər evlərin qiymətinin artmasına hansı amillər təsir edib? Bu artım nələrdən qaynaqlanır?

Valyuta.az xəbər verir ki, Teleqraf.com-un suallarını Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cavablandırıb:

“Daşınmaz əmlakın qiymətinə təsir göstərən kompleks amillər var. Adətən, mütəxəssislər birmənalı şəkildə tələbin artmasını səbəb kimi irəli sürürlər. Düzdür, tələb artanda qiymət yüksəlir, amma tələbi meydana gətirən hansı amillərdir? Bunu təhlil etmək lazımdır. vakansiyalar

30 il işğal altında olan ərazilərimiz azad olundu. Qarabağda infrastrukturun bərpası prosesi gedir. Müharibədə qələbə qazadıqdan sonra Azərbaycan dayanıqlı, etibarlı əməkdaş kimi investisiya cazibədarlığının artdığı ölkə kimi tanınır. Bu baxımdan xarici investorların ölkəmizə axını baş verib. Bu axın daşınmaz əmlaka birbaşa təsir göstərən amillərdən biridir.

Rusiya və Ukrayna ərazisindəki müharibə nəticəsində həm soydaşlarımız, həm də ölkələrdən qaçqın düşmüş əhalinin bir qismi Bakıya qayıtdı. Daşınmaz əmlak bazarında, xüsusən kirayə mənzil bazarında qiymətlərin artmasına gətirən səbəblərdən biri də budur. Proses hazırda da davam etməkdədir.

Artıq xaricdə bizneslərini təhlükə altında görən soydaşlarımız Azərbaycanda daşınmaz əmlak sektoruna investisiya qoyurlar, yatırım edirlər. Kirayə mənzil bazarı üçün yatırımlar həyata keçirilir, qeyri-yaşayış obyektləri, mənzillər alınır. Daşınmaz əmlak ölkədə investisiya üçün bir nömrəli dayanıqlı və risksiz istiqamətdir.

Bu yöndə yatırım edən sahibkarlar, sadə vətəndaşlar çox gözəl bilirlər ki, onlar banklara depozit şəklində qoyacaqları məbləğdən yanlız 7-8 faiz gəlir əldə edə bilirlər. Ancaq daşınmaz əmlaka qoylulan investisiya təmir işləri aparılmasa, fəaliyyət göstərməsə belə, bir il müddətində 10-15 faiz civarında qiymət artımına məruz qalır. Ona görə də müəyyən yığımı olanlar daşınmaz əmlaka daha çox üstünlük verirlər.

Vüqar Oruc deyir ki, az riskli, çox gəlir gətirən istiqamətə yatırım edilməsi daşınmaz əmlakın bahalaşması ilə nəticələnib: "Bakının Baş planı qəbul olunub. Bu Baş plan əsasında köhnə binalar, riskli binalar söküləcək. Həmin sökülmə nəticəsində ilkin olaraq kompensasiya verilir. Kompensasiya verilməsə, vətəndaşlar gözləyirlər ki, həmin ərazidə yeni tikililərdən mənzil alsınlar. Bu müddətdə daşınmaz əmlakın qiyməti tələbata görə yüksəlir.

Mövsümi amil də bahalaşmaya səbəb olur. Hər il imtahan prosesindən sonra bu müşahidə edilir. Tələləbə adının qazanalar Bakıya axın edirlər. Mənzil axtarışına çıxırlar. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

Ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. Bakıda otellərə olduğu kimi mənzillərə, kirayə evlərə tələbat artır. Növbəti amil isə COP29 tədbiridir. COP29 kirayə evlərin qiymətinin artmasına təsir göstərəcək. Ölkənin iqtisadiyyatı böyüyüb, inkişaf edir. İnkişaf edən və etməkdə olan ölkələrdə daşınmaz əmlakın qiyməti ölkənin büdcəsi, iqtisadiyyatı böyüdükcə, adekvat olaraq artır. Eyni proses bizdə də gedir.

Son amil tikintinin başa gəlmə xərclərinin artmasıdır. 10 il əvvəl bir kvadratmetrin başa gəlmə xərci 225-275 manat arası dəyişirdisə, bu gün bu xərclər 450-500 manat civarındadır. Məhsulların qiyməti, işçi qüvvəsinin xərcləri, nəqliyyat xərcləri artır. Bütün bunlar bir kvadratmetrin xərclərinin artmasına və tikinti işlərinin bahalaşması ilə nəticələnir”.

Sədr yaxın müddətdə daşınmaz əmlakın qiymətində gözləntilərlə bağlı da proqnoz verib:

“Bu, dönməz prosesdir. Ola bilsin, COP29-dan sonra qiymətlərdə sabitləşmə olsun. Bu o demək deyil ki, ucuzlaşma baş verəcək. Fors-major hadisə olmazsa, qiymətlərin artım dinamikasını müşahidə edəcəyik. Artım sürətli də ola bilər, ləng də... Qiymətlər müəyyən müddət stabil də qala bilər. Amma qiymətlərdə ucuzlaşma baş verməyəcək.

Azərbaycan hökuməti sosial yönümlü hökumətdir. Layihələr mövcuddur, həmin layihələrin içərisində tələbələr üçün yataqxanaların inşası, özəl yataqxanaların sahibkarlar tərəfindən inşasına təşviq proqramlarının həyata keçirilməsi, tədris müəssisələrin Bakının mərkəzində kənara çıxarılması həyata keçirilərsə, daşınmaz əmlakda müəyyən stabilləşmə dövrü başlaya bilər”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...