Redaktor
Əvvəlki ev sahibinin ödəmədiyi vergiləri kim ödəməlidir?
Bələdiyyələrin yeni mənzil alan şəxslərdən əvvəlki mənzil sahibinin ödəmədiyi vergi borcunu tələb etməsi doğrudurmu?
Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:
“Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən, əvvəlki mənzil sahibi əmlak vergisi ödəməyibsə, bu halda bələdiyyə mənzilin yeni sahibindən ödənilməyən əmlak vergisini tələb edə bilər. Bələdiyyələr mənzilin yeni sahibindən ən yaxşı halda son 3 ilin ödənilməmiş əmlak vergisini tələb edə bilər.
Nəzərinizə çatdıraq ki, bələdiyyələr il üzrə ödənilməli olan əmlak vergisi barədə avqust ayının birinə qədər mənzil sahiblərinə tədiyyə bildirişi təqdim etməlidir”.
Əvəz Həsənov