BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
46030

Hazırda ölkəmizdə mənzil sahibi olmağın yollarından biri də ipotekadan istifadə etməkdir. Gənc ailələrin bir çoxu da məhz bu kredit növündən istifadə etməklə ev almağa daha çox meyil göstərir. Lakin ipoteka müddətinin və aylıq ödənişinin olduqca yüksək olması mənzil sahibi olmaq istəyənlərin işini bir qədər çətinləşdirir. Paytaxtda mənzil satışı ilə məşğul olam şirkətlərdən birinin təklif şərtlərinə əsasən, 47 kvadrat metr mənzil ilkin ödəniş 13 min 300 manat olmaqla, aylıq 1130 manata 20 illik ipoteka ilə təqdim olunur. 

Riyazi hesablama apardıqda məlum olur ki, hansısa vətəndaş belə bir mənzili ipoteka ilə aldıqda evin qiyməti ona 285 min manata başa gəlir. Bu isə demək olar ki, mənzilin nağd dəyərindən bir neçə dəfə çoxdur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə istənilən mənzilin nağd və kreditli satış qiyməti fərqli olur:

“Kreditlər müxtəlif formalarda olur. İllik faizlərinə görə, güzəştli kreditlər 4, adi ipotekalar 7-8, bankdaxili ipotekalar isə 10-14 faiz arası dəyişir. Amma hesablayanda ilk ödənişi hesablayırıq və sona qədər həmin ödəniş ödənilmir. Mənzilin nağdı və kreditli satış qiyməti fərqli olur. 8 faizli ipoteka ilə təxminən 100 manatlıq ev 25 il ərzində 200 min manata yaxın olur. Bu daha dəqiq ipoteka kalkulyatoru ilə hesablanır”. 

Ekspert bir çox ölkələrdə mənzillərlə bağlı aşağı faizli xüsusi ipotekaların olduğunu diqqətə çatdırıb:

“Dünyanın hər bir yerində banklar pul satır və bankın iş prinsipi də məhz budur. Dünyanın bir çox ölkəsində sırf mənzillə bağlı ipoteka kreditlərinin faiz dərəcəsi azdır. Çünki vətəndaş ipoteka ilə evi aldıqdan sonra həmin mənzil üçün əşyalar alır və bu iqtisadiyyatda pulun dövr etməsinə səbəb olur. Bizim ölkədə də faiz dərəcəsi aşağı olsa daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, zaman keçdikcə mənzillərin qiyməti artır və tikinti şirkətləri də məhz buna əsasən qazanc əldə etmək istəyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda kibersığorta bank kartlarını dələduzlardan qoruyacaqmı?

"Apple" 1 milyard dollar zərərə hazırdır

Onlayn yemək sifarişi sektorunda nəhəng birləşmə

Yeni strategiya: Bütün "iPhone" modelləri eyni gündə təqdim olunmayacaq

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Tehran-Bakı reysləri açılıb

Məhkəmə bu vəzifəli şəxslər barəsində qərar verəcək

Sabahın hava proqnozu

Qəbul imtahanlarının II cəhdinin tarixi açıqlandı

"OpenAI" 3 milyard dollarlıq startapı alır

"OpenAI" 3 milyard dollarlıq startapı alır

Tanınmış maşınqayırma zavodu nizamnamə kapitalını kəskin azaltdı

Azərbaycanda yeni nazir təyin edildi

Pulsuz parkinqlərdə 1 manat tələb edənlərlə bağlı DİN-dən AÇIQLAMA

Yalnız bir halda avans almaq olar

Bakının mərkəzi küçələrindən biri təmirə bağlandı - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Lizinq şirkəti ilə vətəndaş arasında 24 minlik qalmaqal - VİDEO

Nazir polkovniki rəis təyin etdi

Qafqazda kazino biznesi necə inkişaf edir?

"Santander Bank" Polşa aktivlərini 7 milyard avroya satır

“Gəncə Şərab-2” böyük mənfəət əldə etsə də, külli miqdarda vergi borcunu ödəmir

“Gəncə Şərab-2” böyük mənfəət əldə etsə də, külli miqdarda vergi borcunu ödəmir

Ən ucuz un bu rayonda satılır - QİYMƏTLƏR

Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul edib

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR

Vyetnam Qazaxıstanda aeroport almağı planlaşdırır

Abdulla Abdullazadənin şirkətinin 800 mindən çox borcu var

Tanışları ona “yeriyən kompüter” deyirlər - 4 xarici dil, 22 yaşda data analitika müəllimi

Tək istifadəlik plastiklərə qarşı ümidverici alternativ

Milyarder Uorren Baffet ən uğurlu və ən uğursuz investisiyalarını açıqladı

Almaniyada yaşayan azərbaycanlı layihəsi üçün investor axtarır - Detallar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin